Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
“Report” xəbər verir ki, görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.


Şərhlər
Rəbbim bu qardaşlığın uğurlarının inkişafına yardımçı olsun, hər gün möhkəmləndirsin!!! Amin!!!!!
Bu yeni bir tarixi əzəmətin görüntüsüdür. Zaman gələcək bu fotolar tariximizin qürurunun yaddaşı kimi muzeyləri izin divarlarında asılacaq. Hansı ki, bu gün biz fərqinə dərindən varmadan baxırıq. Vətəndaş! 44 günlük qələbəmizdən sonra səbrlə, təmkinlə, güllə atmadan, şəhid vermədən, ahıllar, zəka ilə, siyasətimizlə qazandığımız qələbələrimizin zəfər fotolarından birini görürsünüz.