Menu

Malavidə "Freddi" siklonu nəticəsində 326 nəfər həlak olub

17.03.2023, 17:06
Malavidə "Freddi" siklonu nəticəsində 326 nəfər həlak olub

“Freddi” siklonunun vurduğu Malavidə ölənlərin sayı 326 nəfərə çatıb.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə 14 günlük milli matəm elan edilib.

Malavinin prezidenti Lazarus təbii fəlakət nəticəsində 201 nəfərin yaralandığını, 796 nəfərin isə itkin düşdüyünü bildirib.

“Təxliyə edilənlərin sayı iki dəfədən çox artaraq 183 159 nəfərə çatıb”, - deyə o, əlavə edib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol