"Misirlə bağları bərpa etməkdəyik" - Türkiyə XİN başçısı

Türkiyədəki zəlzələlərdən sonra bizə verdiyi dəstəyə görə, Misir hökumətinə və xalqına təşəkkür edirəm.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirin xarici işlər naziri Sameh Şükrü ilə birlikdə brifinqi zamanı deyib.

Çavuşoğlu Misirin ölkə olaraq önəmli tərəflərini diqqətə çatdırıb: “Misir Fələstin üçün, Afrika qitəsi üçün olduqca önəmli ölkədir. Xüsusilə Fələstin məsələsində Misirin rolunu təqdir edirik. Bölgəmizin sülh və hüzura ehtiyacı var, bu mənada münasibətləri inkişaf etdirməkdə fayda var. Doğrudur, zamanla münasibətlərimizdə müəyyən bağlar qopdu, amma artıq bu bağları bərpa etməkdəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar