Son sutkada koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 8 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 63 nəfər isə sağalıb. Xəstəlikdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 829 279 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 858 nəfər müalicə olunaraq sağalıb, hazırda 268 aktiv xəstə var. Bu günə qədər 10 153 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 465, bu günə qədər isə ümumilikdə 7 550 354 test icra olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar