Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, 25 mart tarixində Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, son günlər Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınması intensivləşib. Bununla yanaşı, son bir neçə gündə Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutdan şimalda keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında ermənilər tərəfindən qeyri-qanuni yol tikinti işlərinin aparılması müvafiq müşahidə vasitələri ilə qeydə alınıb.
Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməyib.
Bununla yanaşı, 5 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu yolunda, habelə 20 mart tarixində Zəngilan rayonu istiqamətində Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycan hərbçilərinin şəhid olması və yaralanması Ermənistanın vəziyyəti qəsdən gərginləşdirmək niyyətini nümayiş etdirib.
Qeyd edək ki, Ermənistan tərəfinin sözügedən hərbi təxribatları həmçinin Ermənistan rəhbərliyinin son günlərdə təcavüzkar ritorikası ilə müşayiət olunub. Xüsusilə, Ermənistan Prezidenti, Baş naziri və xarici işlər naziri tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı davam edən bəyanatları, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyinin bazir nümunəsidir.
Ermənistan tərəfinin bu addımları, son zamanlar sülh sazişi üzrə beynəlxalq səylərin canlanması şəraitində Ermənistanın sülh prosesini məqsədyönlü şəkildə pozmaq niyyətini, eləcə də bölgədə sülh və sabitliyin təmin edilməsində maraqlı olmadığını göstərib.
Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq.
Ermənistan tərəfinin son təxribatları göstərir ki, Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədilə, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması zəruridir.


Şərhlər
Əgər rusların məqsədi Xankəndində özlərinə hərbi baza yaratmaq deyil də,ermənilərə silah daşımaqdırsa,niyə bunu öz maşınlarıyla deyil,erməni maşınlarıyla edirlər?Elə o silahları bizim ekofəallarımızın böyründəncə öz hərbi maşınlarında erməni separatçılarına daşıya bilməzlərmi?Nə biləcəyik özlərinə aparırlar,yoxsa ermənilərə?Ekofəalların orada dayandıqları 3 aydan çox müddətdə rusların maşınlarına baxılıbmı bircə dəfə də olsa?Olmaz,hərbi maşındı,vəssalam.Nə istəyirsən apar gətir.Yaxşı,bəs qurmaqda olduqları bazalarına silahları niyə dolayısı yollarla,Laçının şimalıyla,dərələrlə-təpələrlə aparsınlar ki?A balam,özlərinə onsuz da elə Laçın yoluyla aparıb gətirirlər,nə aparıb gətirdiklərinin hesabatı verilmir ki.Amma əlavə olaraq erməni maşınlarıyla dərələrdən-təpələrdən də gətirərək “baxın,görürsünüzmü erməniyə daşıyırıq” demək istəyirlər.Bu üsulla bir gülləylə üç ördək vurmuş olur ruslar.Həm erməninin könlünü almış olurlar ki Qərbə meyillənməsin,həm bizi qızışdırırlar ki sülh yaranmasın,həm də addım-addım özlərinə hərbi baza yaratmaq planlarını həyata keçirirlər.Vəssalam.O qazdıqları da yalnız yeni yollar üçün deyil,hərbi baza üçün tunellər,silah anbarları,təyyarə anqarları,daha nələr-nələr lazımdır.Suriyanın şimalına döndərmək fikrindədirlər Qarabağı.PKK-nın tunellərinə bənzər tunellər qaza-qaza.Biz gecikirik.Dərhal hərəkətə keçməliyik.Qanunən bizimdir bu torpaqlar.Sərhəd-gömrük məntəqəsi yaratmaq və dərhal sərt pasport rejiminə keçmək lazımdır.Dərhal!!Kim Azərbaycan vətəndaşı deyilsə sınırdışı edilməlidir.Bütün normal ölkələrdə olduğu kimi.Bir az cəsarətli olaq yau kardeşim.Qəhrəmanlıq əbədiyyətə bir tək atılışdır.Onsuz da bəşər övladının sonu ölümdür bütün canlılıar kimi.Eşşək kimi onun-bunun yükünü daşıya-daşıya qocalıb ölməkdənsə gənc ikən Vətən uğrunda adam kimi ölmək yaxşıdır.Qələbə yalnız və yalnız cəsarətlilərin mükafatıdır.Bunu unutmayaq.Xəbərdarlıqla-filanla donuz darıdan çıxmaz.