Menu

Moskva İrəvana Roma statutuna qoşulmaq planları ilə bağlı xəbərdarlıq edib

27.03.2023, 19:06
Moskva İrəvana Roma statutuna qoşulmaq planları ilə bağlı xəbərdarlıq edib

Moskva İrəvanın Rusiya Federasiyasının rəhbərliyinə qarşı hüquqi əhəmiyyətsiz “orderləri” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Moskva rəsmi İrəvanın Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız “orderlər” fonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir”, - deyə mənbə vurğulayıb.

Mənbə qeyd edib ki, İrəvana belə bir qərarın Moskva ilə münasibətlər üçün son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edilib.

Şərhlər

Azərbaycanlılar 2023-03-28 10:24:06

bunu Azerbaycan etseydi rus ermeni politoloqlar (Şevçenko ve Markov qardaş xaric) kanalizasiya borularını birbaşa boğazlarına keçirib buralara pülüyecekdiler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol