Menu

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb

28.03.2023, 21:39
Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb

Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol