Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
"AzPolitika.info" xəbər verir ki, Mikayılov Zaur Rauf oğlu 1974-cü ildə Şamaxı şəhərində anadan olub.
1999-cu ildə Türkiyə Cümhuriyyətinin Boğaziçi Universitetinin Biznesin idarə olunması fakültəsini bitirib.
Z.Mikayılov 1999-2009-cu illərdə telekommunikasiya sahəsində mobil operatorlarda marketinq meneceri, baş kommersiya müdiri, baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb.
2009-2016-cı illərdə “Paşa İnşaat” şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub.
O, 2016-2018-ci illərdə “Agro Dairy” MMC-də Baş Menecer vəzifəsində çalışıb.
2018-ci ilin noyabr ayından "Bravo" supermarketlər şəbəkəsinin - “Azərbaycan Supermarketləri” MMC-d icraçı direktoru təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.
2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib və bu günə qədər həmin vəzifədə işləyib.
Ailəlidir, üç övladı var.
Qeyd edək ki, İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Şərhlər
BUnun su ehriyatları ilə hansı təhsili,təcrübəsi var?Belə "kadrları təyin etməklə çə etmək istədikləri müəmmalı deyilmi?Biri bir gün məhkəmə sistemində işləməyib,Ali məhkəəyə sədr olur.digəri beş-altınazirliyə rəhbər təyin olunur-ölkə iqtisadiyyatı bərbad,inşaat işindən,arxitektura anlamayan baş arxitektor və s... Ölkəni niyə yıxırsınız? Bu nə idarəçilikdir?
Bunun sifəti ..Sahil Babayevə ) bənzəyir..Bunlar qohumdurlar?Kim bunu açıqlayar?
Xayırlı olsun deyek. Amma yaxşı olar ki, Ölkə Başçısına teqdim olunan kadrlar, ixtisasca təyin olduqları sahələrə uyğun kadrlar olsun və eyni zamanda da həmin sahə üzrə ən azı 10 il iş təcrübəsinə malik olsunlar. Hələ təşkilatçılıqlıarını və idarəetmə təcrübələrinin də olmasını demirem. Nə yazıq ki, son üç ildə aparılan kadr islahatlarından dolayı təyin olunan əksər yeni kadrlarda bu uyğunsuzluq özünü qabarıq şəkildfə büruze vermekdedir. Təbii ki, bu da Ölkə Başçısının bütün alanlarda qarşıya qoymuş hədəflərə ulaşmaqda meyyen zorluqlar yaratmaqla, həm də zaman kayb etdirir.
Maraqlıdır ,bu yaxınlarda Müdafiyə Sənayesi Nazirinə müavin təyin olunan şəxs Şirkətdə 10000 manat maaş aldığı halda niyə 1800 manatlıq vəzifəyə razılıq verir ? İndidə dostbazlıq
Mən istəyirəm Mikayıl Cabbarov bütün nazirliklərdə nazir olsun.Odur ki Mikayılov görüncə elə bildim yenə Mikayıl Cabbarov harasa nazir təyin edilib.Təəssüf.
Zaur müəllim, Agentlik xəstə Sabir Əhmədovdan, Bayram və Məmmədəli Məmmədov qardaşlarından təmizlənməlidir!