"ABŞ Belarusa nüvə silahının verilməsini müşahidə etmir" - Ağ Evin sözçüsü

"ABŞ Belarusa nüvə silahının verilməsini müşahidə etmir".

APA xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.

Rusiya prezidenti Vladimir Putin iyulun 1-dək Belarus ərazisində taktiki nüvə silahları üçün anbar tikiləcəyini bildirib.

Kirbinin sözlərinə görə, ABŞ Rusiya prezidentinin bütün bunları edəcəyini göstərən heç bir işarə görmür.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva NATO-nun Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planları ilə bağlı vəziyyətin ciddiliyini adekvat qiymətləndirəcəyinə ümid edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar