ORDUMUZ BU ƏRAZİLƏRDƏ İSTEHKAMLAR QURUR - Ermənilər video yaydı + VİDEO

Məlum olduğu kimi, ötən gün Azərbaycan Ordusu Laçın yolu istiqamətindəki sərhədyanı ərazilərimizi nəzarətə götürüb. Bununla bağlı Müdafiə Nazirliyinin qısa bəynatında deyilir: "Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb".

“AzPolitika.info” xəbər verir ki, Ermənistanda Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi bu nəzarət tədbirlərini “Ermənistana qarşı təcavüz” kimi qələmə verməyə və növbəti dəfə “şüvən qoparmağa” başlayıblar. 

Belə ki, Ermənistan mətbuatında və sosial şəbəkələrdə Azərbaycan Ordusunun sözügedən ərazilərimizdə həyata keçirdiyi tədbirlərin videogörüntüləri yayımlanaraq, həmin torpaqlar “yeni işğal olunmuş ərazilər” kimi təqdim olunub.

Ermənistan ordusunun ehtiyatdakı zabiti Artur Qriqoryan tərəfindən yayımlanan videoda deyilir ki, ordumuz bu ərazilərdə istehkamlar qurur: “Videodakı bütün bu hərbi texnika Azərbaycanındır. Bunlar Teq kəndində azərbaycanlılar tərəfindən işğal olunmuş yeni ərazilərdir”.

Göründüyü kimi, erməni həyasızlığına, yalan və iftirasına nə gözlə görünən və sübut olunan adi reallıq, nə beynəlxalq hüququn tanıdığı sərhədlər, nə də müharibədəki biabırçı məğlubiyyət təsir edə bilmir. Əsrlərlə belə olub və belə də olacaq. Bunların güc dilindən başqa anladığı ikinci bir dil yoxdur...

C.Məmmədov

“AzPolitika.info”  



635x100

Şərhlər

t.ədalət 2023-03-31 20:04:49

Allah ordumuzu rusların zavalından qorusun!

Son yazılar