Bu ilin üç ayı ərzində SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 547 əməkdaşına töhmət verilib.
“APA-Economics”xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində jurnalıstlər və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, bu tədbirlər abonentlərin məmnunluğunu təmin etmək məqsədi daşıyır.
“Bizim məqsədimiz nədir, abonent məmnunluğuna nail olmaqdır. Əgər kimsə abonentlərinin məmnunluğu yolunda bizə mane olacaqsa, onları inzibati qaydada tənbeh, islah edəcəyik ki, abonentə qarşı daha adekvat, demokratik, daha xidmətkar olsun. Bizim məqsədimiz, amalımız yalnız bundan ibarətdir”, - Eldəniz Vəliyev vurğulayıb.
Qeyd edək ki, hazırda “Azəriqaz” İB-nın abonentlərinin sayı 2,5 milyona çatıb.


Şərhlər
Nə üzlə xalqın qarşısına çıxırsınız? Manitoring aparın görün nə qədər abonent qazdan istifadədən könüllü şəkildə imtina edib? İnsanlar qaz pulunu ödəyə bilmir. Rayonlarda camaat odun yandırmağa keçib. Qazı xalqa pulsuz verin. Bəli puilsuz. ALLAH bu neməti millətə bağışlayıb SOKARA yox. Belə də qaz ölkəsi olarmı? Biz qazdan bol-boluna istifadə etməliyik məntiq bunu deyir. odun yandırmamalıyıq. Rəhmətlik Saparmurad Niyazov deyirdi ki, mən ALLAHdan qorxuram, Onun havayı verdiyini bəndələrinə satın verə bilmərəm.
Maraqlıdır,göresen “Azeriqazda” ne qeder emekdsş işleyir ki,547 nefere ceza verilib.Deyesen bu sistemde işleyenlerin böyük ekseriyyeti mesuliyyetsiz qeyri ciddi adamkardır.Onda bu teşkilatın rehberliyi ne işle meşğuldur ki sistem bele berbad gündedir.
Azəriqaz sosial şəbəkə və saytlarda boş boş məlumatlar yaymaqdansa , öz vəzifə borclarını yerinə yetirsə yaxşı olar!