Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək niyyətindədir

Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə müddəalar Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiqlədiyi yeni xarici siyasət konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, yaxın xarici ölkələrin sülh, mehriban qonşuluq, davamlı inkişaf və firavanlıq zonasına çevrilməsi üçün Rusiya 5 Xəzəryanı dövlətin müstəsna səlahiyyətlərinə əsaslanaraq bu regionla bağlı bütün məsələlərin həlli məqsədilə Xəzər dənizi hövzəsində əməkdaşlığın gücləndirilməsinə üstünlük vermək niyyətindədir.

Konsepsiyada qeyd olunub ki, həmçinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə Moskva Rusiyaya münasibətdə konstruktiv siyasət aparan MDB ölkələri ilə bu sahədə əməkdaşlığın gücləndirilməsinə üstünlük verməyi planlaşdırır.

635x100

Şərhlər

Bəhi kolxozdar 2023-03-31 21:40:00

Xəzər xüsusilə hərbi gəmilər üçün çox darısqal və Yeniseydən qol almaq məcburiyyətində qalan göldür! Rusiya ilə ən geniş əməkdaşlıq sahəsi şimal dənizlərində balqçılıq, sibirdə yeni emal və ağır sənaye sahələrinin qurulmasındadır? RF orada hər respublika üçün bir-iki atom balıqçı kombinatı qurub, istismarına verə bilər. Yüksək saf-təmiz keyfiyyətli məhsula tələbat yüksəlməkdədir!

Son yazılar