İranın Azərbaycana qarşı düşmənçilik siyasəti iki ölkə arasında bütün sahələrdəki münasibətlərə mənfi təsir göstərib. Hazırda bu ölkə, Ermənistan istisna olmaqla, yaxın qonşular arasında Azərbaycanla ən aşağı ticarət dövriyyəsinə malikdir.
Tehranın hədə-təhdid siyasətindən əl çəkməməsi bu ölkəyə məxsus şirkətin neft-qaz layihələrindən çıxarılması ilə nəticələnə bilər.

Neft sektoru üzrə mütəxəssis İlham Şaban “AzPolitika.info”-ya açıqlamasında belə bir perspektivin kifayət qədər real olduğunu deyib. Ekspert xatırladır ki, 2012-ci ildə İrana qarşı sərtləşdirilmiş ABŞ və Avropa İttifaqı sanksiyaları işə düşəndə onun dövlətə məxsus NİOC şirkətinin “Şahdəniz” layihəsindən çıxarılması məsələsi müzakirəyə çıxarılıb.
“Çünki bundan öncə İranın Şimal dənizində Qərb şirkətləri ilə layihədəki payına sanksiya tətbiq edilmişdi. Amma rəsmi Bakının davamlı xahişindən sonra bu məsələ üzrə belə razılıq əldə edildi ki, İran iştirakçı kimi qalır, amma nüvə razılaşması ilə bağlı sanksiyalar götütülməyənə qədər İran “Şahdəniz”dən mənfəət əldə edə bilməz. Qeyd edim ki, Azərbaycan “Şahdəniz-2” layihəsi üzrə müqaviləni yekunlaşdırır və öz qazını Avropaya çıxartmaq üçün son mərhələ işləri görüldüyünə görə istəmirdi ki, İran bu möhtəşəm layihədə baş ağrısına çevrilsin. Bu məqsədlə layihənin o zamankı kommersiya operatoru “Statoil” şirkəti Norveçdə xüsusi hesab açdı ki, İrana çatmalı olan mənfəət ora köçürülsün”,- İ.Şaban vurğulayıb.
Qeyd edək ki, hazırda layihənin kommersiya operatoru SOCAR, texniki operatoru isə BP şirkətidir.
Rasim
“AzPolitika.info”


Şərhlər
Həm iran,həm də fransa şirkətləri Azərbaycandan qovulmalıdır.Qovula bilər yox,qovulmalıdır.A balam,düşmən ölkənin bizdən xeyir götürməsi nə deməkdir axı?Harada görünüb bu?Ta bizdən üzr istəməyincə,bizə barışıq əli uzatmayınca buraxılmamalıdırlar ölkəmizə.Qardaşım,insanlar arasındakı münasibətlər necədirsə xalqlar və dövlətlər arasındakı münasibətlər də elə olmalıdır.Düşmənsənsə izin-tozun buralarda olmamalıdır.Şələ-küləni də götür,BeBe.Bas Bayıra.