“AZƏRBAYCANA HƏRBİ MÜDAXİLƏ İRANIN SONU OLAR” – “Türk millətinin dövlət instinkti onun Ərdoğana səs verməsini şərtləndirir”
Pənah Hüseyn: “Elçibəy demişdi ki, Qarabağ probleminin yeganə həll yolu Laçın dəhlizini bağlamaqdan keçir”
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “AzPolitika.info” saytına müsahibəsində ölkənin siyasi gündəmi, Qarabağ ətrafında gedən proseslər, İranla Azərbaycan arasında davam edən gərginlik, o cümlədən regionda cərəyan edən digər hadisələrlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Pənah bəy, gündəmin əsas hadisəsindən başlayaq. Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya qarşı sui-qəsd baş verdi. Bu hadisə uzun illərdən bəri Azərbaycanda bir siyasətçiyə qarşı həyata keçirilən ilk teror aktıdır. Sizcə, olay ölkənin siyasi mühitində daha gərgin dövrün başlanğıcı hesab oluna bilərmi?
- Düşünürəm ki, Fazil bəyə qarşı olan sui-qəsd siyasi partiyaların fəaliyyətinə yönəlməyib. Fazil Mustafa Azərbaycan ictimai-siyasi fikrində özünəməxsus fikirləri, ideyaları olan bir şəxsdir və bu sui-qəsd də onun özünə və fəaliyyətinə qarşıdır.
İkincisi, bu, Azərbaycan dövlətinə və cəmiyyətinə qarşı olan bir hadisədir. İndiki məqamda hüquqi baxımdan hələ ki, hadisənin motivləri tam bəlli deyil, təhqiqat davam edir.
Digər tərəfdən, siyasi partiyalardakı gərginlik bu ilin yanvarında qüvvəyə minən və mənim fikrimcə, anti-demokratik mahiyyəti olan “Siyasi partiyalar haqqında” Qanunla bağlıdır. Bildiyiniz kimi, artıq bir neçə siyasi partiya özünün ləğvi haqqında qərar verib və bu istiqamətdə ümumi vəziyyət gərgin olaraq qalır. Sözün doğrusu, istər iqtidarın maraqları, istər cəmiyyətin siyasi inkişafı baxımından bu qanunun zəruri sayılması haqqında mənim hansısa bir məntiqli izahım yoxdur. Amma bununla əlaqədar müəyyən işlər gedir.
- Partiyanı qanunun tələbinə uyğunlaşdırırsınız?
- Hazırda Azərbaycan Xalq Partiyasının üzvlərinin siyahısını hazırlayırıq. Qanun qəbul olunmamışdan əvvəl bir çox partiyalar bəyan edirdilər ki, onların on minlərlə üzvü var. Hərçənd mən buna şübhə ilə yanaşıram. Biz həmin vaxt açıqlamışdıq ki, bizim təxminən üç min civarında üzvümüz var. Ötən ilin dekabrında qurultay keçirdik və rəy belə oldu ki, üzvlərimizin sayını artıraq.
- Bunun üçün hansı işlər görülür? Ümumiyyətlə, real durumu nəzərə alsaq, üzv sayını artırmaq üçün hansı mexanizmlər var?
- Hazırda yeni üzvlərin qəbul edilməsi üçün yerdəki təşkilatlara, fəallara tapşırıq verilib. Hesab edirəm ki, aprel, may və iyun aylarında biz bunun nəticəsini görəcəyik. Ancaq mənim fikrimcə, qanunda 5 min üzv tələbindən başqa bir sıra anti-demokratik müddəalar da var. Xüsusən, yeni siyasi partiyanın yaranması və fəaliyyəti ilə bağlı həddindən artıq ağır, sərt tələblər qoyulub.
Hər halda bu qanun siyasi plüralizmə, çoxpartiyali siyasi sistemin inkişafına mane olur. Amma hər bir halda qanun qəbul olunub. Qanun qəbul olunubsa, siyasi fəaliyyət də ona uyğun şəkildə qurulmalıdır.
- Pənah bəy, yeni üzvlər cəlb etmək üçün hansı təşviqat vasitələrindən istifadə edirsiniz?
- Bilirsiniz, bizdə milli siyasi sistemin mövcudluğu və inkişafı üçün vacib olan azad siyasi rəqabət mühiti yoxdur. Çünki bunun əsası azad, ədalətli seçkilərdir.
- Həm də partiyalara inam yoxdur...
- Bəli. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası da daxil olmaqla, Azərbaycan paralmentində siyasi partiyaların fraksiyası yoxdur. Ona görə də insanlarda siyasi partiyalarda birləşmə hüququndan istifadə edərək, baş verən proseslərə təsir etmək barədə ümidsiz rəy formalaşıb. İnsanlar daha çox fiziki şəxs kimi siyasi fəaliyyət göstəririlər. O baxımdan, siyasi partiyaların üzvlərinin sayı azalıb və yaxud bir çoxları ümumiyyətlə, mövcud tələblərə cavab vermirlər.
- Pənah bəy, bu dönəmdə ümumiyyətlə siyasətlə məşğul olmaq istəyən, məsələn, Xalq Partiyasına üzv olmaq istəyən hansısa bir gənclə rastlaşmısınızmı?
- Gənclərin siyasi partiyalara üzv olması məsələsində Azərbaycanda ciddi problemlər var. Çünki qeyri-iqtidar partiyasına üzv olmaq gənclərin karyerası üçün problem və maneə hesab olunur. Burada birbaşa xüsusi repressiyadan, təqibdən söhbət getmir. Söhbət işə qəbul olunarkən ortaya çıxan müəyyən problemlərdən gedir. Məsələn, bu gün bütün məktəblərdə müəllim kollektivlərinin böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. Bəzilərinin bundan heç xəbəri belə yoxdur.
- Sizcə, partiyalarla bağlı proses yekunlaşdıqdan sonra nə olacaq? Gələcək gözləntiləriniz nələrdir?
- Güman edirəm ki, bu qanuna ciddi dəyişikliklər olacaq. Yeni seçkilərə qədər qanun dəyişəcək.
- Avropa Şurasının Venesiya Komissiyasının, ABŞ Dövlət Departamentinin, Avropa İttifaqının bəyanatlarında deyilir ki, bu qanun dəyişsin. Amma daxildən hökumətə belə bir təzyiqin olduğunu görmürük.
- Xeyr. Beynəlxalq səviyyədə təklif olunan dəyişikliklərin bir hissəsi daxildəki etirazlarla bağlıdır.
- Hansı etirazlardan söhbət gedir? Məsələn, beş partiya bir araya gələrək bu qanunun əleyhinə bəyanat qəbul edibmi?
- Əslində, Azərbaycan cəmiyyətində siyasi partiyalaşma olduqca aşağı səviyyəyə gəlib çatıb. Ümumiyyətlə, hələ də aydın deyil ki, bu qanun layihəsinin zəruriliyini siyasi rəhbərliyə necə qəbul etdiriblər. Baxmayaraq ki, bu, guya bir qrup deputatın təşəbbüsü idi. Ancaq hamı bilir ki, bu təşəbbüs haradan gəlib. Əminəm ki, bu qanuna çox ciddi dəyişikliklər ediləcək. Bunun üçün həqiqətən də partiyaların, xüsusən siyasi müxalifətin əhəmiyyətli səyi lazım gələcək.
Bu qanunun əsas mahiyyəti çoxpartiyalı siyasi sistemi tamamilə sıradan çıxarmaq, partiyaları tam idarə olunan bir məcraya salmaqdır. 2019-cu ildə hakimiyyətin təşəbbüsü ilə müsbət proses başladıldı. Ardınca Administrasiyada şöbə də yaradıldı. Nəticədə, siyasi partiyalar qeydə alındılar, onlara ofislər verildi, o cümlədən də bizə. Mən - Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynov kimi bu prosesdə iştirak etdim. Mən və bir çoxları bu prosesin dərinləşməsi və inkişaf etdirilməsi üçün kömək etmək məqsədi ilə bu prosesə qoşulduq. Ancaq bu qanun, 2019-cu ildə başlanan prosesin tamamilə əksinə olan bir meyldən xəbər verdi. Bir sıra aparıcı müxalif partiyalar həmin prosesin sırf hakimiyyətin maraq və mənafeyinə uyğun olacağına dair fikirlər səsləndirirdilər. İndi belə çıxır ki, onların proqnozları özünü doğrultdu. Bu, tamamilə fərqli bir vəziyyətdir.
- Siz də, başqa siyasi liderlər də dəfələrlə mediada çıxışlar etmisiniz ki, ənənəvi siyasi fəaliyyətin məhdudlaşdırılması, dini radikalizmin və digər anti-dövlət fəaliyyətlərinin stimullaşmasına gətirib çıxarır. Bu baxımdan görürük ki, xüsusi xidmət orqanları ardıcıl əməliyyatlar keçirir, xarici kəşfiyyata bağlı qruplar zərərsizləşdirilir. Amma onlar sosial şəbəkələrdə çox geniş siyasi fəaliyyətlə məşğul olurlar. Bunları nəzərə alsaq, Azərbaycanın ictimai-siyasi mühitini gözləyən təhlükələri necə qiymətləndirirsiniz?
- Əlbəttə, siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılması qeyri-formal siyasi fəaliyyəti gücləndirəcək. Ləğv edilən siyasi partiyaların üzvləri başqa fəaliyyətlərə meyillənəcəklər. Qarşısında böyük bir baryer qoyulan gənc nəsil təbii olaraq qeyri-formal siyasi fəaliyyətə istiqamətlənəcək, bunun da ciddi fəsadları olacaq. Yeni qanun qəbul olundu və bu qanundan sonra artıq altı siyasi partiya özünü ləğv etdi. Belə bir hala hansısa ölkədə rast gəlmisinizmi? Bu, çox anormal bir haldır ki, bizdə siyasi partiyaların çoxluğundan danışırlar. 10 milyondan artıq əhalisi olan Azərbaycanda cəmi 60 partiya olduğu halda iki milyondan bir qədər artıq əhalisi olan Ermənistanda 119, bizdən 3 dəfə az əhalisi olan Gürcüstanda isə 120 partiya var. Siyasi partiyaları bağladıqda xarici qüvvələrə bağlı olan QHT-lərin dəstəyi, şəxsi əlaqələr və başqa formalarda siyasi cərəyanlar əmələ gələcək, onların institutlaşması baş verəcək. Hesab edirəm ki, bu yoldan dövlət səviyyəsində qayıtmasaq, siyasiləşmiş digər qrupların cəmiyyətə təsiri artacaq.
- Hazırda dünyada, regionda mürəkkəb proseslər gedir, yeni dünya düzəninin formalaşması mərhələsindəyik. Azərbaycan Qarabağda suverenliyini bərpa etməyə çalışır. İranla münasibətlər son dərəcə kəskinləşib. Cəmiyyət Fazil Mustafanın İran xüsusi xidmət orqanlarının sifarişi ilə sui-qəsdə məruz qalmasıyla bağlı versiyalara daha çox inanır. Bu baxımdan ölkənin gələcək taleyini necə görürsünüz?
- Biz yeni dünya düzəninə yox, daha çox xaosa sürüklənirik. İndi dünyada nüvə müharibəsindən elə danışırlar ki, sanki adi bir konfliktdən söhbət gedir. Hətta 60-cı illərdə bu səviyyədə söhbətlər yox idi. Biz beynəlxalq hüququn açıq-aydın çöküşünü müşahidə edirik. Biz hazırkı vəziyyətə uyğun adekvat cavablar tapmalıyıq. Əsas cavab isə, bir qədər paradoksal görünsə də, elə Qarabağ cəbhəsində verilməlidir. Ölkədə 2020-ci ildən sonra yaranan müəyyən stabillik mühitinin əsas mənbəyi 44 günlük müharibədə Azərbaycanın qazandığı uğurdur. Düşünürəm ki, Fazil bəyə qarşı sui-qəsdin cavabı da əslində Qarabağda verilməlidir. Bu, mümkün qədər tez olmalıdır. Çünki bu olay haqda müxtəlif versiyalar baş alıb gedir.
- Sizin versiyanız nədir?
- Bu gün ən ağlabatan versiya İran xüsusi xidmət orqanlarının bu işdə əlinin olmasıdır (Müsahibə F.Mustafaya sui-qəsd təşkil edənlərin həbsindən əvvəl götürülüb-red.). Hesab edirəm ki, bütün əlamətlər, dəlillər, təhlillər göstərir ki, cinayət birbaşa İran və ya onun xüsusi xidmət orqanlarının təsiri altına düşən qüvvələr tərəfindən həyata keçirilib.
- Azərbaycan ictimai-siyasi mühitinə xarakterik olmayan terror aktına cəmiyyətin və dövlətin münasibəti adekvat sayıla bilərmi?
- Bu terror aktının əsas məqsədi cəmiyyətdə bir vahimə, xof yaratmaq, gündəmi dəyişmək idi. Üstəlik, bu prosesi bu yolla tətikləməklə ona meyli artırmaq, daxildəki öz tərəfdarlarını mobilizə etmək, motivasiya etmək cəhdi aydın görünür. Güman edirəm ki, ajiotaj xarakterli atmosferin yaranmaması üçün təmkinli davranıldı. Bu hadisədən bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin həbs etdiyi şəxslərin bir neçəsinin ifadələri yayılmışdı. Həbs olunanlardan biri deyirdi ki, onlara verilən tapşırıqlardan biri də siyasi xadimlərin izlənilməsi və lazım olanda onlara qarşı terror aktlarının həyata keçirilməsindən ibarətdir. Bundan bir-iki gün sonra belə bir hadisə baş verdi. Şübhəsiz, məlum idi ki, İranın əsas hədəfində olan şəxslərdən bəlkə də birincisi, Fazil Mustafadır. Fazil bəy İran rejiminin siyasəti, o cümlədən dindən sui-istifadə etməsi ilə bağlı çox kəskin çıxışlar edirdi. Bu siyasətçi çox sıx mühafizə olunmalı idi.
- Pənah bəy, siz 90-cı illərdə hökumətdə olmusunuz. Həmin dövrdə də İranla Azərbaycan arasında münasibətlər gərgin idi. 90-cı illərdən fərqli olaraq iki ölkə arasında münasibətlərdə nələr dəyişib və hazırki qarşıdurma nə ilə nəticələnə bilər?
- Çox ciddi dəyişikliklər var. İran açıq şəkildə Ermənistanın tərəfində duraraq bizə qarşı müharibəyə qoşulub. Belə görünür ki, İran vəziyyətin bu şəkildə dəyişəcəyini gözləmirdi. O dövrdə də şübhəsiz ki, Ermənistanı müdafiə edirdilər və Azərbaycanın marağına uyğun siyasət yürüdülmürdü. Amma bunu pərdəli şəkildə edirdilər. İndi isə İran açıq-aydın bizə qarşı olduğunu nümayiş etdirir. Tehran hesab edirdi ki, müharibədən sonra Azərbaycan dövlətinin çəkisi, gücü, onun ətrafa, o cümlədən İrana təsiri xeyli azalacaq. Amma Azərbaycanın bu müharibədən güclənmiş şəkildə çıxması İranın planlarını alt-üst etdi. Müharibədən sonrakı dövrdə İranın daxili problemləri artdı, bölgəyə yeni güclər gəldi, Türkiyənin və Türk Dövlətləri Təşkilatının rolu gücləndi. Həmçinin, burada İsrail amilini də unutmamaq lazımdır. İstər-istəməz bütün bunlar İranı narahat etməyə başladı.
- İran Azərbaycana hərbi müdaxilə edə bilərmi?
- Bu, İranın sonu olar. Ancaq indi dünyada elə hadisələr baş verir ki, “heç vaxt” sözünü də demək olmaz. Vəziyyət bu şəkildə davam edəcəksə, Azərbaycan hər an hər şeyə hazır olmalıdır. Özünün silahlı qüvvələri vasitəsilə mövcudluğuna təhlükə yaradan proseslərə müdaxilə etməyə hazır olmalıdır! Hazırda biz İranla hibrid müharibənin getdiyinin şahidi oluruq. İnternet məkanında açıq-aşkar informasiya müharibəsi gedir.
- Azərbaycan Qarabağda suverenliyini tam şəkildə bərpa etməyə çalışır. Rusiya isə açıq şəkildə buna mane olmaq istəyir. Rusiya Qərbin apardığı prosesi pozmağa çalışır, eyni zamanda Azərbaycanın Xankəndində suvereniyini bərpa etməsinə qarşı çıxır. Ümumiyyətlə, bu konfliktin həlli perspektivini necə görürsünüz?
- 90-cı illərdə bir seçki prosesi ərəfəsində mərhum Əbülfəz Elçibəyə bu məsələnin necə həll olunacağı ilə bağlı sual vermişdilər. Elçibəy demişdi ki, problemin yeganə həll yolu Laçın dəhlizini bağlamaqdan ibarətdir. Sonradan bir çoxları bu cavabı Elçibəyin hadisələrə çox bəsit yanaşması kimi təqdim etməyə çalışırdılar. Ancaq həqiqətən də Qarabağ probleminin həllinin ən sadə bir yolu dəhlizin bağlannması, ümumiyyətlə dəhliz məfhumunun aradan qaldırılmasından ibarətdir.
- Ancaq indi həmin dəhlizin başında Rusiya oturub...
- Əlbəttə, dəhlizin bağlanması da bütövlükdə konfliktin həlli demək deyil. Faktiki olaraq suverenliyimizin məhdudlaşdığı bir ərazi var. Rusiyanın və erməni terror qruplaşmasının işğalı altında olan ərazi 3,4 min kvadrat kilometr təşkil edir. Hazırda içində olduğumuz hadisələrin necə yekunlaşacağı böyük ölçüdə Laçın dəhlizinin bağlanmasından asılıdır. Sərhədimiz bağlanacaqsa, orada bizim nəzarət-buraxılış məntəqəmiz qurulacaq. Bu, artıq məsələnin böyük ölçüdə həll edildiyi anlamına gəlir. Mən bu perspektivə kifayət qədər optimist baxıram və aparılan bu siyasi kursu doğru hesab edirəm.
- Sizcə, Rusiya bizimlə hesablaşacaqmı?
- Burada söhbət Rusiyanın, İranın və ya hansısa başqa bir xarici dövlətin nəyi istəyib-istəməməsindən getmir. Məsələ bizim iradəmizdən və nə etməyimizdən asılıdır. Mən bu məsələnin həll olunacağını, bizim Rusiya ilə qarşıdurmamızın olmayacağını düşünürəm.
- Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyadakı hazırkı rejimin perspektivini necə görürsünüz?
- Tanınmış türk şairi Ziya Göyalpın məşhur bir ifadəsi var: “Türkiyə böyüyüb Turan olacaq, Rusiya dağılıb, viran olacaq!” Mən bunu bir qədər dəyişib bu formada deyirəm: “Türkiyə böyüyüb Turan olacaq, Rusiya dağılıb Turan olacaq!” Çünki Rusiya həm də bizim Turan dediyimiz Vətən coğrafiyasının tərkibidir. Bu, bəzən primitiv şəkildə başa düşülür ki, orada da digər xalqlar yaşayır, Rusiya onların da vətənidir. Bu, sadəcə Rusiyanın gələcəyi haqqında deyilən bir şeydir. Şübhəsiz ki, Rusiyanın bu şəkildə qalması mümkünsüzdür. Belə görünür ki, Rusiya imperiyasının sonu artıq müəyyən olunub, artıq qüruba gedir və onun mirası uğrunda çox ciddi bir savaş başlayıb.
- Turanın lideri Türkiyə də hazırda ciddi dönəmdən keçir, mayda prezident və parlament seçkiləri keçiriləcək. Türkiyənin son 20 illik tarixində belə bir dramatik, gərgin seçki olmayıb. Nə gözləyirsiniz?
- Bu suala keçməmişdən öncə bir şeyi qeyd etmək istəyirəm. Nə qədər qəribə görünsə də, Turan məsələsi Azərbaycanda həll olunur. “Kızılelma” adlandırılan məfhum məhz Azərbaycandır.
Əlbəttə, Türkiyə bu məsələdə həlledici gücdür. Ona görə də orada baş verən proseslər bizi həyəcanlandırır. Bir qrup deyir ki, bu, Türkiyənin daxili məsələsidir və biz niyə xarici dövlətin məsələsini müzakirə etməliyik. Ancaq mən hesab edirəm ki, Türkiyədəki seçkilər həm də Azərbaycanın daxili məsələsidir. O baxımdan, Azərbaycan cəmiyyətinin də bu məsələyə münasibət bildirməsi olduqca təbiidir. Seçkilərə gəlincə, mən inanıram və arzu edirəm ki, Ərdoğan qalib gələcək. Çünki Türk millətinin dövlət refleksi, instinkti onun Ərdoğana səs verməsini şərtləndirir. Şübhəsiz ki, Türkiyə vətəndaşı kimi seçəcəksə, həmin adamın başımızın üstündə yeri var. Hamımız istəyirik ki, azad, ədalətli bir səsvermə olsun. Hazırda həqiqətən də dünya çətin bir prosesdən keçir. Bu dönəmdə mövcudluq məsələsi əsas prioritetə çevrilib. Bu mövcudluğun həll olunduği məqamda ən adekvat lider Rəcəb Tayyib Ərdoğandır. Fikrimcə, Ərdoğan həm Türkiyə cəmiyyəti, həm də Azərbaycan və bölgə üçün dünyanın maraq və mənafeyinə cavab verən bir liderdir.
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Suallarda gözəl idi cavablarda. Elvin bəyə də, Pənah bəyə də təşəkkürümü bildirirəm. Bu arada bir təşəkkür də elə Azpolitikanın özünə düşür.Çünki bir çoxlarından fərqli olaraq müxaifətçilərə və yarımmüxalifətçilərə də doğma vətəndaş kimi baxa bilir.
Niyə məhz Ərdoğan, Pənah bəy? Türk millətinin dövlətçilik instinkti ac qal amma başındakılar firavan yaşasın deməkdir? Sizin xəbəriniz varmı ki, Türkiyədə artıq bir həkim maaşı ilə yaşamaq mümkün deyil, bir advokat minimal əmək haqqı alır?! Nəyə görə məhz Ərdoğan? Bunu bir az açıqlayın zəhmət olmasa.
Keçmiş Baş Nazirimiz öz dövründə və hazırda Laçın sərhəddinin niyə bağlanıb, nəzarətə götürülmədiyi səbəbini açıqlamayıb? O zaman Gəncə *bundçu*çularına hücum üçün şəxsən onun səlahiyyətində qırıcı uçaqlar olduğu da bildirilirdi. Dost qonşu xalqlarının instiktinə öyünən siyasət müstəqilmi sayılır?
Bu müsahibədə İrana istehzalı *ağlamsınma* mesajlarını özümüzdən 2-3dəfə az tarixin ən vəhşi cinayətkarı ermənilə 36cı ildir göndəririk və hələ Qarabağı azad edə bilməmişik? Bu azmış kimi sərhədlərimizi nəzzarətə ala bilmirik? Kəlbəcərin işğalından sonra rəhmətlik liderin TV və mətbuatda *ATƏT gəlib, qaytaracaq!*, demişdi?
Türkiyədəki seçkilərdən danışanda tərəf saxlamayın .Bu günlərdə Türk televiziyasında aparıcı qonağına sual ünvanladı ,Azərbaycan Ərdoğanı dəstəkləyir ,qonaq güldü və dedi ki ,yəqin onlar Türkiyədə diktatura qurulmasını isəyir .Ona görə çıxıb danışanda diqqətli olmaq lazımdır ,biz ancaq demokratik ,adil seçki arzulayaq