Akif Çovdarovun əmlaklarının müsadirədən azad olunması ilə bağlı qərardan protest verilib.
Bu barədə sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və həmin idarənin keçmiş işçisi polkovnik Səlim Məmmədovun cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərarından əmlakın xüsusi müsadirədən azad olunması ilə bağlı hissədə Baş Prokurorluq tərəfindən kassasiya protesti verilib.


Şərhlər
Halal olsun prokurorluğa.Məhkəmələrdə hər halda bilməmiş deyillər ki,ictimaiyyətin diqqət mərkəzində olan adamlar haqqında çıxarılan qərarlara millət çox həssaslıqla yanaşır.Əgər qərar əcaibdirsə onsuz da super bahalıqdan, işsizlikdən,iflic vursa da kabinetini tərk etmək istəməyən sovet başlı qoca məmurların qaphaqapından əziyyət çəkən gənclər arasında hər şeyə narazılıq daha da artır,sabaha ümidləri qalmadığından içlərindən səbr kasası daşanlar dəstə-dəstə gedib iran əmmamələrindən yapışır,Vətənə xəyanət bataqlığına sürüklənirlər. İran Tiryək Respublikasının ərköyün uşaq kimi çıxartdığı min bir hoqqalar,meymunluqlar zamanı bəlli oldu ki,nə qədər farsa satılmış beyinlər varmış cəmisi 10 milyon əhali arasında!Sanırsınız ki,iran təbliğatı bunca güclü olubmuş ki gənclərimiz Vətənə xəyanəti gözə alıblar?Xeyr,əzizlərim,xeyr.Xəstəliyin diaqnozunu düzgün qoymalıyıq ki,xəstəliyi sağalda bilək.Səbəb yeganədir:narazılıq.Bax bu cür qərarlara narazılıq.Bu cür məmurlara qarşı yumşaq münasibətə narazılıq.Əhalinin bəlli bir qisminə Həsənquliyevin təbirincə desəm “vəzifələrin ana südü kimi halal edilməsinə” narazılıq.Kütləvi işsizliyə narazılıq.Maaş və pensiyaların acından ölməmək səviyyəsində verilməsinə narazılıq.Başqa ölkələr koronavirusa çoxdan əlvida deyib qapılarını açsa da bizdə hələ də sərhədlərin bağlı qalmasına və məcbur olub fantastik qiymətə olan təyyarələrlə xaricə gedib-gəlməyə narazılıq.Və sair və ilaxır.Dörddü-beşdi bəyəm saya-saya durum?
Güllələnməlidir!