Menu

Ərdoğan BMT-də islahata çağırıb

05.04.2023, 09:26
Ərdoğan BMT-də islahata çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında təcili “inklüziv və hərtərəfli” islahatlara çağırıb.

Bu barədə “Report” “Anadolu”ya istinadən xəbər verir.

Paytaxt Ankarada xarici ölkələrin səfirləri və diplomatları ilə iftar süfrəsində çıxış edən Türkiyə Prezidenti bildirib ki, bəşəriyyətin taleyini beş ölkə ilə məhdudlaşdırılması sabit deyil.

"Bəşəriyyətin taleyini 5 ölkənin dodaqları arasında tələyə salan hazırkı nizam sabit deyil. BMT Təhlükəsizlik Şurasının inklüziv və hərtərəfli anlayışla islahat edilməsi zəruridir", - Ərdoğan qeyd edib.

Ukraynadakı müharibədən danışan Ərdoğan hər iki tərəfə şərəfli çıxış əldə etməyə və regionu onun cəlb olunduğu burulğandan çıxarmağa imkan verəcək ədalətli sülhün qorunub saxlanılmasının mümkünlüyünə əminliyini ifadə edib.

Qeyd edək ki, yalnız Fransa, ABŞ, Çin, Böyük Britaniya və Rusiyanın BMT-də veto hüququ var. Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edən qətnaməyə veto qoyub.

Şərhlər

Bəhram Cəfəri BMT Azərbaycan n 2023-04-05 10:07:38

Dünya aləmi üçün çox dəyərli təklifdir. BMT və TŞ çoxsəsli hakimə və beynəlxalq məhdudiyyətlərlə mükəmməl sülh icraatsına çevrilməlidir. Bu işdə NATO da icraçı ola bilər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol