Menu

3 saylı Uşaq Evinin sakini Məhəmməd Hacıyev ötən il oxuduğu məktəbdən çıxıb

05.04.2023, 12:59
3 saylı Uşaq Evinin sakini Məhəmməd Hacıyev ötən il oxuduğu məktəbdən çıxıb

3 saylı uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu 4-cü sinfə qədər 29 nömrəli tam orta məktəbdə fərdi təhsil alıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq məktəbdən məlumat verilib.

Bildirilib ki, 4-cü sinfi bitirdikdən sonra məktəbdən çıxıb.

"2021-ci ilin aprelindən 6-cı sinfə yenidən qəbul olub və adi sinifdə təhsil alıb. 2021-2022-ci tədris ilindən yenidən məktəbdən çıxıb" - deyə cavabda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl 3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Şərhlər

ƏNHU 2023-04-05 23:33:28

Görünür təhsilin keyfiyyəti xoşuna gəlməyib deyə çıxıb dəə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol