Menu

2022-ci ildə dünyada ərzaq qiymətləri 18%, gübrə qiymətləri 63% artıb

06.04.2023, 08:54
2022-ci ildə dünyada ərzaq qiymətləri 18%, gübrə qiymətləri 63% artıb

2022-ci ildə dünyada ərzaq qiymətləri 2021-ci illə müqayisədə 18%, gübrə qiymətləri isə 63% artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hesabatında deyilir.

Ərzaq qiymətləri 2022-ci ildə dəhşətli dərəcədə bahalaşıb, yanvar-may ayları arasında 19% artıb. May ayından dekabra qədər 15% ucuzlaşma baş verib.

Ərzaq məhsullarının qiymətləri 2021-ci illə müqayisədə illik müqayisədə 18%, o cümlədən taxılın qiymətləri 21% artıb.

“Gübrələrin dəyəri il ərzində daha da artıb - 63%. Ərzaq məhsullarının qiymətlərinin yüksək olması kənd təsərrüfatı istehsalının artımını stimullaşdırmalıdır. Bu da öz növbəsində ərzaq məhsullarının əlçatanlığını artırmalı və qiymətlərin aşağı düşməsinə səbəb olmalıdır.

Digər tərəfdən, əkin sahələrinin azalması və gübrələrin yüksək qiyməti məhsuldarlığın aşağı düşməsinə və qiymətlərin bahalaşmasına səbəb ola bilər”.

Şərhlər

Vətəndaş 2023-04-06 09:14:02

Ərzaq dünyada 18 % bahalaşıb.Amma Azərbaycanda 68 % bahalaşma var.Məgər Azərbaycanda bu dünyanın tərkibindən çıxarılıb? Yoxsa naməlum olmauanbaşqa səbəb var?Bunu adi çörək ( 50 qəpik-70 qəpik,smetan 1.75 manat-4ş05 manat ,yağlar,və s.) və digər ərzaqlarda,suyun qiymətində və sair aydın görmək olar.Ölkə hara gedit?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol