Menu

ELMİRA AXUNDOVA VƏZİFƏSİNİ İTİRDİ – Yeni səfir kimdir?

06.04.2023, 14:47
ELMİRA AXUNDOVA VƏZİFƏSİNİ İTİRDİ – Yeni səfir kimdir?

Azərbaycan Ukraynaya yeni səfir təyin edir. Bakupost.az -ın Xarici İşlər Nazirliyindəki etibarlı mənbədən əldə etdiyi məlumata görə, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyin yeni rəhbəri artıq təsdiqlənib.

Lakin Prezident Sərəncamı üçün prosedura uyğun olaraq, Ukrayna hökumətindən dəvətnamə, daha doğrusu aqriman alınmalıdır. Bununla bağlı lazımi sənədlər Ukrayna Xarici İşlər Nazirliyinə təqdim olunub.

Qeyd edək ki, keçmiş deputat Elmira Axundova 2020-ci ilin mart ayında səfir təyin olunub. O, Ukrayna müharibəsi başlayan kimi Kiyevi tərk edib və həmin vaxtdan Ukraynaya getməyib. Onun səlahiyyətlərini Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Sabir Rzayev yerinə yetirir.

Yeni səfirlə bağlı əlavə məlumat verəcəyik...

Şərhlər

Ramiz 2023-04-11 08:44:38

Axsaq ukağın kor nalbəndi olar.Belə idarəçiliyin kadrı da beləlri olar.

Azərbaycan 2023-04-07 15:10:05

Niyə bu xanımın əməlləri gizlədilir? lə onun mənşəi də araşdırılmalıdır.Haradan,hansı yolla Azərbaycanda millət vəkili .hərra səfir təyin edilib.Bütün bunlar araşdırılmalıdır.Azərbaycanda kadr təyinatında ciddi yanaşma,uyğunluluq prinsipi həyata keçirilməlidir.......

Veteran 2023-04-07 14:48:07

Bu fərari "səfir"deyiləni ... və oğlunu hələ damlamayıblar ?

Roma 2023-04-06 22:38:19

Bu qadının və oğlunun adları heç də yaxşı hallanmırdı və onun səfir təyinatını heç cürə qəbul etmirdim...

Vətəndaş 2023-04-06 18:06:43

Bunun təyinatı elə əvvəldən yanlış idi.Azərbaycanda o qədr yaramazlar vəzifələr alır ki! Rusiya , Fransa və s. səfirlər guya ciddi təyibatlardır? Ona görə XİN dişsiz və loyal idarədir

Roma 2023-04-06 17:12:09

Bu xanım-səfirin vəzifəsini itirməyini düzgün hesab edirəm, hazırda Ukrayna kimi dövlətə, yüksək səviyyəli, peşəkar bir diplomat təyin olunmalıdır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol