Menu

“Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb” – Britaniya kəşfiyyatı

06.04.2023, 15:05
“Rüstəm Muradov vəzifəsindən kənarlaşdırılıb” – Britaniya kəşfiyyatı

Vladimir Putin cəbhədə istədiyi nəticələri əldə edə bilmədiyi üçün ötən ilin iyulundan rus qoşunlarının Ukraynadakı “Şərq” qruplaşmasına komandanlıq edən general-polkovnik Rüstəm Muradovu vəzifəsindən kənarlaşdırıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti məlumat yayıb.

Sözügedən məlumatda aşağıdakı ifadələr yer alıb: “Muradovun rəhbərlik etdiyi qoşunlar son aylarda qeyri-adi ağır itkilər veriblər. Donetsk vilayətinin Uqledar şəhərinə dəfələrlə hücuma baxmayaraq, onlar şəhəri ələ keçirə bilməyib. Əməliyyatlar, Muradovun rəhbərlik etdiyi qoşunları da daxil olmaqla, rus şərhçiləri tərəfindən kəskin ictimai tənqidlərə səbəb olub”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol