İran səfirliyinin arzuolunmaz şəxs elan edilən 4 diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir.
Bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejadın yerinə keçmiş və hələ də onun ölkədəki yarımçıq qalan işlərini davam etdirirmiş.
“MOUZE” “Telegram”- in digər məlumatına görə, həyata keçirilən əməliyyatlar zamanı Bakının Binə qəsəbə sakini, ruhani kimi özünü tanıdan Əli Behişti də saxlanılıb.
Qeyd edək ki, Əli Behişti möüzələrində hər zaman İranın fars rejimini təbliğ edib.
Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 19 nəfər saxlanılıb.
***
İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.
Həmin diplomatlarının adları məlum olub.
"AzPolitika.info" xəbər verir ki, həmin diplomatlar aşağıdakılardır:
Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər.
Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona- non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
***
Bu gün İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə XİN-dən məlumat verilib.
Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib.
İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.

Şərhlər
İran fars rejimini anladıq ve evvelden de bilirik bu rejim şeytan rejimdir. Bizim üçün maraqlıdı ki, bu illər ərzində Mollaların Azərbaycandakı hoqqalarına Azərbaycanda Dini qrumlarla iş üzrə dövlet komitəsi hara baxırdı. Həmin komitənin nə işlə məşqul olduğunu bilən varmı. Komitənin başçısı Mübariz Qurbanlını gören varmı.
Bir insan ki onun müselman qardaşına soyqırım töreden ,mğqeddes mescidlerde donuz saxlayan tarixen ona düşmen olan ermeniye qucaq açan İranı rejimi bizim düşmenimşzdir ve farslar it kimi ölkeden qovulmaludır birmenalı.
Iranla serhed baglansin. Narkotikden basga hechne gelmir ordan
Qəşşəəəəng!!!Amma səfirin özü də ölkədən çıxarılmalıdır.Mütləq!Çünki o əməkdaşlar səfirin tabeliyindədir.Özbaşına iş görməyiblər.Bir səbəbini tapıb ölkədən çıxarmalıyıq mütləq.Bizim səfirliyimiz bağlıdırsa onların da səfirliyi çalışmamalıdır,bağlanmalıdır.Bizdən artıqdırlarmı?Təbriz konsulumuzu da geri çağırmalıyıq.Görək ondan sonra nə sözləri olacaq.