Ötən il Türkiyənin Antalya şəhərində baş verən meşə yanğınları zamanı evini itirən ailələr yeni mənzillə təmin ediliblər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum məlumat verib.
“Antaliyanın Manavqat bölgəsində baş verən yanğından sonra bölgəni tez bir zamanda yenidən inşa etdik. Bir il ərzində bölgənin ehtiyaclarını ödəmək üçün 145-i birmərtəbəli, 762-si ikimərtəbəli olmaqla, ümumilikdə 997 evin təmirinə başlamışıq. Bir il sonra, 447 mənzili sahiblərinə təslim etmişik. May ayının sonuna qədər bütün evlər sahiblərinə təslim ediləcək”,-deyə o bildirib.
“AzPolitika.info”




Şərhlər