Menu

Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında telefonla danışığı olub

08.04.2023, 20:50
Ceyhun Bayramov ilə Hüseyn Əmir Abdullahian arasında telefonla danışığı olub

Aprelin 7 və 8-ində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər.

Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub.

C.Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.

Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.

Şərhlər

Azərbaycanlılar 2023-04-08 22:50:42

sağ ol ay Ceyhun məllim-qorxma irannan--ama sakitleşdir onları-necə olsa miletin yarısı ordadır--kiminlə döyüşəcək cəhrili siyahquş onu anlamaq çətindir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol