Menu

Saakaşviliyə bu gün Polşanın Prometey Mükafatı təqdim ediləcək

11.04.2023, 10:50
Saakaşviliyə bu gün Polşanın Prometey Mükafatı təqdim ediləcək

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşviliyə bu gün Polşanın ən ali mükafatlarından olan Prometey Mükafatı təqdim ediləcək.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Mixeil Saakaşvilinin "Facebook" hesabındakı paylaşımda bildirilib. Məlumata görə, mükafat Saakaşviliyə azadlıq uğrunda mübarizəyə verdiyi töhfələrinə görə təqdim ediləcək.

Təqdimat mərasimində iştirak məqsədilə Gürcüstanın müxalif Vahid Milli Hərəkat partiyasının lideri Levan Xabeivili Polşaya gedib. Mərasimdə Polşanın yüksək səviyyəli hökumət rəsmilərinin, eləcə də Ukrayna və Fransadan nümayəndə heyətlərinin dəvət edildiyi qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol