Menu

ABŞ-ın müttəfiqi Rusiya üçün 40 min raket istehsal edib – Məxfi sənədlərlə bağlı yeni məlumatlar ortaya çıxıb

11.04.2023, 11:43
ABŞ-ın müttəfiqi  Rusiya üçün 40 min raket istehsal edib – Məxfi sənədlərlə bağlı yeni məlumatlar ortaya çıxıb

Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırırmış.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The WashingtonPost” nəşri bu yaxınlarda Rusiya-Ukrayna müharibəsi ilə bağlı internetə sızdırılan məxfi sənədlərə istinadla məlumat yayıb.

Nəşr yazır ki, Misir Prezidenti Əbdül Fətah əs-Sisi fevral ayında Rusiya üçün 40 min raket istehsal etməyi planlaşdırıb və dövlət rəsmilərinə “Qərblə problem yaşamamq üçün” bunu gizli saxlamağı tapşırıb.

Hətta hərbi istehsal üzrə dövlət naziri postunu tutan Salah əl-Dinə istehsalçılara mərmilərin Misir ordusu üçün nəzərdə tutulduğunu tapşırdığı bildirib.

Sənəddə Salah əl-Dinin, "zəruri olarsa, öz xalqına növbəli işləməyi əmr edəcək, çünki bu, Misirin Rusiyaya əvvəllər etdiyi köməyi geri ödəmək üçün edə biləcəyi kiçik bir şeydir", deyə söylədiyi aydın olur. 

Sənəddə Rusiyanın daha əvvəl verdiyi yardımın nə olduğu açıqlanmır. Sızdırılan sənəddə Salah əl-Dindən sitat gətirilir ki, ruslar ona “hər şeyi almağa” hazır olduqlarını deyiblər.

Qeyd edək ki, APA-nın məlumatına görə. Moskva və Qahirə bu yaxınlarda bir neçə mühüm saziş imzalayıb, o cümlədən bu il Rusiya ilə Misirdə nəhəng dəmir yolu zavodu tikmək üçün müqavilə imzalayıb. Rusiyanın dövlət atom enerjisi korporasiyası olan "Rosatom" da keçən il Misirin ilk Atom Elektrik Stansiyasının tikintisinə başlayıb.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əbu Zeyd sənəd və orada təsvir edilən danışıqların doğruluğu ilə bağlı suallara cavab olaraq bildirib ki, Misirin ilk gündən mövqeyi bu böhrana qarışmamağa və hər iki tərəflə bərabər məsafə saxlamaq öhdəliyinə əsaslanıb.

“Misir BMT Baş Assambleyasının qətnamələrinə, BMT nizamnaməsinə və beynəlxalq hüquqa dəstəyini təsdiqləyir. Biz hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik”, - o qeyd edib.

Anonimlik şərti ilə danışan ABŞ hökumət rəsmisi, raket ixracı təşəbbüsünə istinad edərək, "Biz bu planın həyata keçirilməsindən xəbərdar deyilik. Biz bunun reallaşdığını görməmişik", deyə bildirib.

Qeyd olunur ki, sənəddə Rusiyanın Misirdən niyə raket istəməsi ilə bağlı məlumat yoxdur. Ancaq ehtimallara görə, bu, rus ordusunun silah-sursat baxımından ehtiyatlarının tükənməsi ilə bağlıdır.

“The Washington Post” bildirir ki, Rusiyaya silah yardımının göstərilməsi ABŞ-ın yaxın tərəfdaşlarından olan Misir üçün potensial problem mənbəyidir.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2023-04-11 12:05:07

Qanuni prezident olan Hüsnü Mübarəki devirərək yerinə təyin etdiyi Sisi ABŞ razılığı olmadan belə başından böyük iş görməyə əsla və əsla girişməz.Hər addımını ABŞ-la razılaşdırmaq borcundadı.İndi görürsünüzmü Amerikanın hiyləgərliyini?Bir yandan dünyanı Rusiyayla əlaqələri kəsməyə çağırır Ujrayna savaşına görə,bir yandan da özü əlaltından Rusiyaya yardım edir.Allah Allaaaah!Türklər demiş,pes vallahi kardeşim,pes!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol