Xəbər verdiyimiz kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan tərəfi ilə görüş üçün təklif irəli sürüb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Xankəndidəki separatçı rejim özünü Azərbaycan Respublikasının qarşı tərəfi kimi görür ki, bu da yolverilməzdir.
İkincisi, bu, onların adından rəsmi məlumat kimi yayılır (qondarma rejimin informasiya mərkəzi yayır). Üçüncüsü, görüş Xocalıda, sülhməramlıların gərargahında keçirilməlidir. Biz bu praktikanı martın əvvəlində görmüşük. Dördüncüsü, onlar Prezident Administrasiyasının görüşlə bağlı təklifini 2 dəfə təxirə salıblar. Beşincisi, bu görüşün xarakteri təxirə salınmadan humanitar məsələlərin olduğu qeyd olunur. Burada dərhal onların məqsədləri üzə çıxır:
1) Azərbaycanın əlindən təşəbbüsü almaq,
2) humanitar damğa üzərindən Azərbaycanı beynəlxalq ittihama gətirmək,
3) bu təşəbbüsü təkcə rus sülhməramlıları deyil, həm də erməni separatçılarının ələ keçirilməsini təmin etmək
4) Azərbaycanın qarşısına Xankəndidəki erməni separatçılarını çıxarmaq”, - siyasi şərhçi vurğulayıb.(musavat.com)
***
Qarabağdakı qondarma separatçı rejimin rəhbərliyi Rusiya sülhməramlıları vasitəsi ilə Azərbaycana təxirəsalınmaz humanitar məsələlərin müzakirəsi üçün təklif göndərib.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, separatçılar sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə onların qərargahında görüş keçirmək istədiklərini bildiriblər.
Qondarma rəhbərliyin istəkləri barədə əlavə informasiya verilməyib.
Rasim
“AzPolitika.info”

Şərhlər
18ci əsrə katolik kilsəsinin beçəlik (xoruz-krikor) adətinə edamından qaçan qruplaşma hay (hə, gəl) Türkiyədən keçib, İranda *gerkor* sektası kimi gizlənib? İran şahlığı cənubi Qafqazı (əski Azərbaycan ilini) Türkiyədən Çarlığa qənimət kimi təslim edəndə ruslar onları (y)erməni(m) adlandırıb və xaç-ibadətinə də 1795ci ildə yalnız Eçmiadzin uyezdində İCAZƏ verib?
Azərbaycan vətəndaşlığını qəbul etmədiyiniz üçün humanitar fəlakətlə üzləşmisiniz.Qəbul edəydiniz,üzləşməyəydiniz.Azərbaycanı bəyənməyib Azərbaycan dövlətindən humanitar yardım istəmək kafir üçün Allahdan cənnət diləmək kimi bir şeydir.Kafirə cənazə namazı qılınmaz ki.Çünki Allah deyər o Məni tanımadığı halda Mən ona necə rəhm edə bilərəm?Vətəndaşlığı qəbul etdikdən sonra da imtiyazlı,başqalarından bir-iki mərtəbə yuxarı bir etnos kimi yaşayacağınızı da xəyal etməyin.Hamı necə,siz də elə.Çünki nə dədəniz dədəmizdən üstündü,nə özünüz özümüzdən.Millətə nə çatacaqsa sizə də çatacaq,millətə nə çatmayacaqsa sizə də çatmayacaq.