Menu

“BU, FƏLAKƏTDİR!" - Pentaqonun və MKİ-nin məlumatlarının sızması ABŞ-a inamı sarsıdıb

11.04.2023, 17:25
“BU, FƏLAKƏTDİR!" - Pentaqonun və MKİ-nin məlumatlarının sızması ABŞ-a inamı sarsıdıb

Pentaqonun və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 100-dən çox tam məxfi sənədi internetə sızdıqdan sonra ABŞ-la yaxın müttəfiqləri arasında ciddi fikir ayrılığı yaranıb.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın əsas beyin mərkəzlərindən hesab olunan “Foreign Policy” nəşri sözügedən məsələ ilə bağlı yayımladığı tənqidi məqalədə bildirib.

Nəşr iddia edir ki, bu hadisədən sonra başda İsrail olmaqla, Qərb dövlətləri ilə ABŞ arasında münasibətlər pozulub, Ukraynanın isə inamı sarsılıb.

ABŞ-ın böyük bir fəlakətlə üzləşdiyini bildirən “Foreign Policy”-nin hesabatına görə, Yaxın Şərq, Çin, Ukrayna və NATO ölkələri ilə bağlı ən azı 100 məxfi sənəd internetə sızdırılıb.

Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsinin məlumat sızmasının mənbəyini tapmaq üçün çox çalışdığı vurğulanıb.

“Foreign Policy”-yə görə, ABŞ-ın müttəfiqlərinə qarşı intensiv casusluq fəaliyyəti ilə məşğul olduğuna dair yayılan sənədlər İsrail, Ukrayna Prezidenti Volodimir Zelenski və digər dost ölkələri əməkdaşlıqdan çəkindirə bilər.

Çünki gizli sənədlər təkcə ABŞ-ın deyil, həm də müttəfiq ölkələrin, xüsusilə NATO və Ukraynanın məxfi məlumatlarını üzə çıxarıb.

Donald Trampın dövründə müdafiə nazirinin köməkçisi vəzifəsini icra edən Mik Mulroy “Foreign Policy”-yə bildirib ki, bu hadisədən sonra MKİ-nin sahədəki agentləri həbs oluna və ya öldürülə bilərlər: “Bu sızıntıdakı məlumatlar inanılmaz dərəcədə həssasdır. Bu sənədlər müttəfiqlərimizə mesaj verir. Biz casusluq edirik. Aydındır ki, bunun ciddi nəticələri olacaq”.

ABŞ-ın keçmiş diplomatı və Milli Təhlükəsizlik Şurasının üzvü Brett Bruen də “Foreign Policy”-yə açıqlamasında ABŞ hökumətini tənqid edib: “İndi müttəfiqlərimiz bizimlə daha az kəşfiyyat məlumatı paylaşacaqlar. Biz onlara bacarıqsız olduğumuzu dəfələrlə göstərmişik. Öz həssas məlumatlarını belə qoruya bilməyən dövlət. Bu, fəlakətdir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol