Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi ölüb, 6 nəfər yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.
Yaralananlar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
***
Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.
İctimaiyyətə əlavə məlumat veriləcək.
***
Bu gün saat 16 radələrində ermənlərin növbəti dəfə təxribatı nəticəsində Azərbaycan-Ermənistan şərti sərhədində silahlı toqquşma baş verib.
Erməni “Teleqram” kanallarının yaydığı məlumata görə, Ermənistan ordusunun ən azı 3 hərbçisi məhv edilib, yaralananlar da var.
Ermənistan ordusunun xüsusi təyinatlılarının korpus komandiri Armen Qyozalyan da yaralananlar içərisindədir. Erməni mediası hazırda onun özərində cərrahi əməliyyat aparıldığını xəbər verir.

Ermənistan Müdafiə Nazirliyi atışmanı və itkiləri təsdiq edib.
"Caliber”in məlumatına görə, erməni tərəfi 6 itki verib.
Məlumat yenilənəcək.
“AzPolitika.info”

Şərhlər