BAŞ NAZİRİN VƏZİFƏYƏ TƏYİN ETDİYİ NƏCƏFBƏYLİ KİMDİR? - Dosye

Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı sərəncamla Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinə rəhbər təyin edilib.

Murad Nəcəfbəylinin dosyesini təqdim edir:

Murad Nizami oğlu Nəcəfbəyli Bakı şəhərində anadan olub. Paytaxtın Səbail rayonunda yerləşən 91 saylı orta məktəbdə təhsil alıb. Ali və akademik təhsilini Rusiyada alıb. 1994-cü ildən Azərbaycan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Murad Nəcəfbəyli Azərbaycan Respublikasının İsveçrə və Estoniyadakı səfiri olub.

2019-cu ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib, 2021-ci ildə Estoniyadakı səfir vəzifəsindən geri çağırılıb.

Eləcə də o, Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi vəzifəsində çalışıb.

Ailədə 3 qardaşdırlar. Digər qardaşları Hüseyn Nizami oğlu Nəcəfov və Eldar Nizami oğlu Nəcəfov da Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışırlar.

635x100

Şərhlər

panasonic 2023-04-18 23:07:43

bu adamın dosyesində çox ağır ittihamlar yer alır... dövlət büdcəsini amansızcasına talama, vəzifə səlahiyyətlərindən sui-istifadə, hətta..........

Qubalı 2023-04-16 21:42:18

Azərbaycan nə zaman qeyri millətlərin eybəcər və antiazərbatcan idarəçiliyindən qurtulacaq?Hamısı ad-soydlrını dəyişib soxulublar ölkəyə.Yalandan da guya Bakıda anadan olub və ya başq rayonlarda. Nehrəm kəndində 7-8 yüz əhali vardı.İndi yüksək vəzifələrdə (bu da ailəvi formada) minlərlə " Nehrəmli" var. Bu necə olur?

Mehman 2023-04-13 11:18:17

rusiyada təhsil alıb cümləsi bəs edir. kimə işləyəcək? Düzünü ALLAH bilir. rusiyada təhsil alanlar agent ,viranda "təhsil" alanlar terorist haftavası olur. ailədə "kasıb" ailə hamı xarici işlər nazirliyində çalışır.BU XALQI ALLAH QORUSUN.

g-g-h 2023-04-12 23:30:07

nəcəfbəyli ramiz mehdiyevin qohumudur. həm də çox yaxın qohumudur, karyerasını da məhz bu qohumluğa borcludur, nəcəfbəyli, yox bir mehdiyev-bəyli... xarici işlər nairliyində xalaf xalafovun himayadarlığ altındadır... ana tarafdan qarışıq olduğu deyilir... xin-də ceyhun bayramovun ağzı qatıq belə kəsmir...

Ramiz Mehdiyevi xatırladır... 2023-04-12 23:11:39

üz cizgiləri, baxışları, hätta duruşu Ramiz Mehdiyevi xatırladır. Görəsən, Bunun Ramiz Mehdiyevlə bir qohumluğu vardırmı?

Mubariz 2023-04-12 18:26:13

Ruslrın < könüllüləri > iş başında ,hamısı da XİN-də ,afərin sizlərə

Fərman 2023-04-12 17:58:39

XİN belə çıxır li,ailə podratı üzrə təşki olunub? Bir evidən 3 qardaş bu nazirlikdə yerləşdirilib.Burada maraqlı bir məqam daha.Bəs bunların əsl kökü harada anadan olub(atası,anası,babası,nənəsi)Niyə məlumat tam verilmir?Ona görə də Azərbaycanlılar.yəni müvafiq Azərbaycan rayonlarında doğulanlar işsizlikdən narkoman,tüfeqli olmağa məhkum ediliblər.bu isəölkə idarəçoiliyinin üz qarasıdır.Bunu xalq görür və bilir.Ancaq polis rekimindən ehtiyat edir.

t.ədalət 2023-04-12 16:36:08

Rusiyada təhsil alanların vəzifələrə təyin olunması yetmədimi?Cəbhədə şəhid olanların və yaralananların heç biri Rusiyada təhsil almayıb.Rus kəşfiyyatının dörd bir tərəfimizi sardığı indiki vaxtda rusdilli və Rusiyada təhsil alanlar da bir tərəfdən müstəqilliyimizi əngəlləyirlər.

Son yazılar