“Rusiya Ermənistandan NATO ilə birgə təlimlərdə iştirakına aydınlıq gətirməsini istəyib”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Qeyd edək ki, daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan ölkə hərbçilərinin bu il ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının təşkil edəcəyi KFOR (Kosovo qüvvələri) və “Saber Junction” (Birgə qılınc) təlimlərində iştirak edəcəyini açıqlamışdı.


Şərhlər