Menu

PREZİDENT YENİ KƏND TƏSƏRRÜFATI NAZİRİ TƏYİN ETDİ - Məcnun Məmmədov kimdir? + DOSYE/ FOTO

14.04.2023, 11:43
PREZİDENT YENİ KƏND TƏSƏRRÜFATI NAZİRİ TƏYİN ETDİ - Məcnun Məmmədov kimdir? + DOSYE/ FOTO

Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

B bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

"AzPolitika.info" Qadir oğlu Məmmədovun dosyesini təqdim edir.

Məcnun Qadir oğlu Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Daha sonra o, Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsilini davam etdirib.

Yeni təyinata qədər o, “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

Məcnun Məmmədov həm də “PASHA Holding” MMC-nin tərkibinə daxil olan bir neçə şirkətə rəhbərlik edib.

Xatırladaq ki, Məcnun Məmmədovun sələfi İnam Kərimov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

“AzPolitika.info

Şərhlər

araz 2023-04-16 00:48:21

hər gələn nazir və ya rəis özünü islahatçı adlandrr-sanki hamı savadsızdr ağıllı ele bir budu-bunların özünü test etseler bir qara qəpiye deymezler--qabaqlarında ay amerkada belə-avropada ele tehsil var göreriz neticeleri-

Yetmalı 2023-04-15 22:36:13

Bu nazir-Məcnunun Leylisi varsa işin öhdəsindən gələcək,yoxdursa apar qaytar....

Şəkili 2023-04-15 11:28:45

Şəkiyə İcra Başçısı nə vaxt təyin olunacaqdır ?

Təyinat 2023-04-15 09:16:06

Bu adam buzov ilə kəlçəni tanıyır? Buğda ilə çəltiyin o necə nazir olur?Axı əkilmə vaxtını.texnologiyasını bilirmi?bilmirsə belə adamdan kənd təsərrufatında nazir necə olur? insan şəxsiyyətinə,ixtsasına hörmət etməyi düşünmürsə sahələr ondan nə fayda görər?

Fazil 2023-04-15 00:40:05

Bunun hansı kriteriyası kənd təsərrüfatına uyğundur?Belə təyinatların mənfi nəticələrini hələ anlaya bilməyiblər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol