“Ermənistan müxtəlif yollarla Qarabağa silah göndərməyə çalışdı, təəssüf ki, yenidən gərginlik yarandı”.
“AzPolitika.info” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün “Haber Türk” kanalında çıxış edərkən deyib.
Çavuşoğlu bildirib ki, gərginliyi aradan qaldırmaq və hərtərəfli sülh sazişi imzalamaqla yolların bərpasına və tikintisinə başlamaq lazımdır: “Bu, Ermənistanın özünün xeyrinədir. Bu yol İran üzərindən keçmir amma İran üzərindən də bağlantılar qurula bilər. Biz bunu da dəstəkləyirik, çünki risklərdən qaçmaq üçün həmişə alternativlər olmalıdır”.
“AzPolitika.info”


Şərhlər