Prezident İlham Əliyev Adil Qabil oğlu Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Dövlət başçısının digər sərəncamı ilə, A.Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
"AzPolititika.info" xəbər verir ki, Adil Qabil oğlu Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsin fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.
2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.
İngilis və rus dillərini bilir Ailəlidir, üç övladı var. Hərbi-hüquqşünas ixtisaslaşması üzrə ehtiyatda olan zabitdir.
Adil Kərimli əmək fəaliyyətinə 1999-cu ildə "Hüquq ədəbiyyatı" nəşriyyatında hüquq məsləhətçisi kimi başlayıbr. 2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi olub. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim və 2011-ci ildən isə baş müəllim işləyibr. 2003–2009-cu illərdə "Great Wall Drilling Company" şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində çalışıb.
2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru vəzifəsində işləyib. 2007–2011-ci illərdə "Eurovision" Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2011-ci ilin avqust ayından 2012-ci ilin avqust ayınadək Bakı şəhərinin ev sahibliyi etdiyi "Eurovision" Mahnı Müsabiqəsi–2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışıbr.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli müvafiq sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilmiş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.
Prezidentin 14 aprel 2023-ci il tarixli Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini vəzifədən azad edillib və Prezidentin digər sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin olunub.


Şərhlər
Görəsən Şəkiyə İcra Başçısı nə vaxt təyin olunacaqdır ?
Bu saksafon ,çala bilir? Ya heç olmasa züy tuta bilir? Blmirsə necə mədəniyyət naziri olur?Axı burada kadrlar belə seçilir!
Неr wet aydindir