Menu

Obamadan G20 sammitinə hörmətsizlik - Saqqız çeynədi (VİDEO)

19.11.2014, 00:28
Obamadan G20 sammitinə hörmətsizlik - Saqqız çeynədi (VİDEO)

ABŞ prezidenti Barak Obama saqqız çeynəməsi ilə yenidən mətbuatın diqqət mərkəzində olub.

ANS PRESS-in məlumatına görə, Obama Brisbendə keçirilən G20 sammitində saqqız çeynəyərkən kameraların obyektivlərinə tuş gəlib.

Bundan əvvəl analoji hadisə Pekində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammitində olub.

Çin bloqerləri bunu tənqid etmişdi. Onların fikrinə görə, ABŞ lideri pis davranış göstərıb. Bu hadisədən sonra Çin sosial şəbəkələrində narazılıq edilib və müzakirələr aparılıb.

Avstraliya sakinləri, əksinə, bu hadisəyə xüsusi diqqət yönəltməyiblər. Çin sosial şəbəkələrinin istifadəçilərindən fərqli olaraq, onlar Obama haqda "avara" və ya "reper" kimi ifadələrdən istifadə etməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol