NİFRƏT VAR, DÖVLƏT İSƏ YOXDUR... – Ermənilərin tarazlığı pozulub, maskaları yırtılıb və bütün zir-zibilləri üzə çıxıb

Bayrağımızın yandırılması və Ermənistanın dövlətçilik problemi

Bir zaman Bakıya rəsmi, qanuni yolla gələn erməniyə şillə vurmaq necə “böyük qəhrəmanlıq” idisə, İrəvanda Azərbaycan bayrağının yandırılması da o cür “qəhrəmanlıq”, “igidlikd”dir. Bir beynəlxalq yarışda, yüzlərlə xarici KİV-in kameraları qarşısında istənilən ölkənin bayrağının yandırılması isə “ikiqat qəhrəmanlıq”dır, yəqin...

Ermənilərin bu çirkin hərəkətində təəccüblənəsi bir şey yoxdur. Bunlar Bakı metrosunda dəfələrlə terror aktı, Xocalıda soyqırım, Qarabağda saysız-hesabsız hərbi cinayətlər və digər çirkin əməllər törətmiş bir toplumun, sürünün nümayəndələridir. Lakin indiyə kimi beynəlxalq aləm qarşısında öz gerçək sifətlərini, miskin, çirkin mahiyyətlərini gizlətməyə, özlərini əzilmiş, haqqı əlindən alınmış, yazıq xalq kimi göstərməyə çalışan və xeyli dərəcədə buna nail olan ermənilər bu cür özünü ifşa hallarına yol vermirdilər. İndi baş verənlər isə göstərir ki, 44 günlük müharibədəki qələbəmiz və ondan sonra baş verənlər bunların tarazlığını əsaslı şəkildə pozub, maskalarını yırtıb və bütün zir-zibillərini üzə çıxarıb.

Bunların gücü, “qəhrəmanlığı” elə bura qədərdir. Ermənilərin özləri də gözəl başa düşür və bilir ki, həmin bayraq yandıran “qəhrəman” qarşısında Azərbaycan xüsusi təyinatlısını görsə, girməyə siçan deşiyi axtaracaq, necə ki, onun kimi”qəhrəmanlar” müharibə zamanı Qarabağda dərmə-deşikdə gizlənir, qaçıb canlarını qurtarır, ələ keçəndə isə “cücələrim” oxuyurdular...

Amma bu hadisə həm də ən əsası onu göstərdi ki, Ermənistanda öz məsuliyyətini dərk edən dövlət, hakimiyyət yoxdur! Güclü, məsuliyyətli, səlis, bütün mənalarda formalaşmış dövlət və hakimiyyət xüsusilə də düşmən hesab etdiyi ölkənin idmançıları iştirak edən beynəlxalq tədbirdə təhlükəsizliyi ən yüksək səviyyədə təşkil edər, belə bir hadisənin baş verməsinə qətiyyən imkan verməzdi.

Bu, onu göstərir ki, bu dövlət adi, kiçik bir beynəlxalq tədbirin təhlükəsizliyini təmin etmək qabiliyyətində deyil!

Bu, onu göstərir ki, ermənilərin əsl mənada dövlətçilik problemi var!

Bu, onu göstərir ki, Ermənistanda Azərbaycana, Türkiyəyə, ümumiyyətlə ətrafa qarşı nifrət var, dövlət isə yoxdur! Belə “dövlət”lə nə danışasan, nə razılığa gələsən, nə müqavilə imzalayasan? Beləsinin sözünün, imzasının nə dəyəri ola bilər?

Erməninin ağıllısı bir tərəfə, ən axmağı da qanır ki, bu hərəkət özünü aldatmaqdan, yalançı təsəllidən, zəiflik,acizlik nümayişindən, həmin zaldakı dəstək səsləri isə məğlub toplumun özünü təsəlli iniltisindən başqa bir şey deyil. Bir zamanlar Şuşada da Azərbaycan bayrağı təhqir edilir, yallı gedilirdi. Bunun nə ilə sonuclandığı ermənilərə yaxşı bəlllidir...

Azərbaycanın reaksiyasına gəlincə, bizim XİN və Gənclər və İdman Nazirliyi sistemi ən “elitar” məmur strukturlarından sayılır. İndi zəhmət çəkib layiqli cavab hazırlasınlar, bacarıqlarını göstərsinlər, bu hadisəyə “tolerant” və “demokratik” Avropanın, Qərbin kəskin münasibətinə, Ermənistana qarşı cəzasına nail olsunlar.

Bizim yerimizə ermənilər olsaydı, artıq bütün Qərb mətbuatı bu hadisə ilə bağlı bar-bar bağırırdı, müxtəlif ranqlı siyasətçilər Azərbaycanı pisləyir, tənqid edirdi. Bəs bizimkilər nə edəcək, bu açıq-aşkar vandalizm, düşmənçilik, beynəlxalq idman prinsiplərinə qarşı hörmətsizlik aktından ermənilərin gerçək sifətini ortaya qoymaq üçün istifadə edə biləcəklərmi, yoxsa həmişəki “dejurnı”, “xala xətrin qalmasın” bəyanatlarla işlərini bitmiş sayacaqlar? Təəssüf ki, təcrübə ikinci variantın olacağını gözləməyə əsas verir...

Əlbəttə, bayrağımızın yandırılması bizi incidir, heysiyyətimizə toxunur. Ancaq o bayraq necə savaşlardan, qanlardan, mübarizələrdən keçib və onu yenə də yaşadan hisslər ölməyib, yanmayıb, heç zaman da yanmayacaq, bir yanan bayrağın yerində isə minləri, milyonları ucalacaq!

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2023-04-15 15:21:07

Aslında İravanda baş veren bu barbarlığa, Azərbaycanın beynəlxalq arenada siyasi uduşu kimi baxmaq lazımdır. O ki qaldı İdmançılarımızın otel odasında tutulmasına, buna girovluq kimi de baxılmaz. Bu sadece Paşinyan hökümətinin acizliyininin və maymaqlığının nəticəsidir ki, idmançılarımızın təhlükəsizliyinin bayırda temin ede bilmediyinden bayıra çıxmalarına izin verilmir.

Asif əəə Realdan replika 2023-04-15 15:07:18

Ermənilər 1987ci ildən azərbaycanlılara və dövlətinə qarşı milyonlarla vəhşi-hərbi soyqırım cinayətləri törədib? Nəinki, Ermənistan dövləti ləğv edilib, əksinə onların cinayətlərinin heç birini ciddi mühakimə etməmiş dövlətlər hamısı onun qarşısında aciz-cılız görünmürlərmi?

Asif 2023-04-15 13:34:38

bos seylerdir ciliz cemiyyetlerin ciliz hereketleridir)bele seylere fikir vermeyin.demeli sogani yidizdirmisik kimi icleri alov verir))).ali yanasmalarda olun..ele olmasaq hisslerimizle istismar ederler bizi )))o bayraq ucalacagi yerde ucalib daimde dalgalanqcaq))

Son yazılar