Menu

Bu il Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini 4 dəfə artırıb

15.04.2023, 20:16
Bu il Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini 4 dəfə artırıb

2023-cü ilin yanvar-mart aylarında "Azərenerji" ASC 2 milyard 406 milyon kVt/saat elektrik enerjisi ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə enerjinin dəyəri 281,07 milyon ABŞ dolları təşkil edib.

Bunlar, 2022-ci illə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,5 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracında 3,63 %, qeyri-neft sektoru üzrə ixracında isə 30,81 % paya malik olub.

Şərhlər

Elekroenergetik Nakam 2023-04-15 20:43:17

Möhtəşəm iqtisadi yüksəliş, əla! *Blokda olan* sektantura isə idxal etdiyi mənbədən aldığı elektrikdən hər daha yüksək qazanc əldə edirdi?!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol