Yevlax bazarında meyvə, tərəvəz və göyərti bolluğu olsa da, qiymətlər alıcıların ürəyincə deyil.
Yevlax və qonşu rayonlardan bura üz tutanlar tərəvəzlərdən xiyarın, soğanın qiymətinin ucuzlaşdığını bildirirlər, ancaq pomidorun 1 kiloqramının 4 manat 50 qəpik - 5 manata təklif edilməsi heç də hər cibə uyğun deyil.
Bazarda bəzi məhsulların qiymətlərinin gözləniləndən baha olmasını satıcılar da gizlətmirlər. Mütəxəssislər pomidorun qiymətinin əl yandırmasını bu məhsulun mövsümünün olmaması ilə əlaqələndirir.
Daha ətraflı Baku TV-nin süjetində:


Şərhlər
Bu üzü QIRMIZI, içi ağ olan parnik məhsullarını alan OLMASA qiymət də baha OLMAZ. Tarlada yetişən dəymiş pomidoru gözləyin.
Özünə hörmət edən şəxs ilin bu VAXTINDA üzü QIRMIZI. İçi AĞ parnik pomidorun yenə də qiymət də elə baha OLMAZ. Yalnız Tarlada yetişən pomidor və xiyarı gözləmək lazımdır.