Menu

Yuxarı Qarabağ kanalı daşıb - FOTO

16.04.2023, 21:30
Yuxarı Qarabağ kanalı daşıb - FOTO

Yuxarı Qarabağ kanalı daşıb.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə Bərdə rayonu Cəyirli kəndi ərazisində Yuxarı Qarabağ kanalının 537-ci keçidində qeydə alınıb.

Suyun daşması nəticəsində xeyli ərazi su altında qalıb. Yuxarı Qarabağ kanalı idarəsində “Report”un sorğusuna cavab olaraq bildirilib ki, suyun daşması nəticəsində xəsarət alan və ya mal-qara tələfatı olmayıb.

Daşmaya səbəb isə kanalın sağ cinahını suda yaşayan heyvanların oyması səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol