Menu

ARZU RƏHİMOV İŞDƏN ÇIXARILDI - Vəzifədən azad olunması barədə danışdı (Yenilənib)

17.04.2023, 14:49
ARZU RƏHİMOV İŞDƏN ÇIXARILDI - Vəzifədən azad olunması barədə danışdı (Yenilənib)

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncamı ilə, Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

"Manset.az" saytının əməkdaşı general-polkovnik Arzu Rəhimovla əlaqə saxlayıb. O, vəzifəsindən azad edilməsinə münasibət bildirib: “Cənab Prezident məni işdən azad edibsə, deməli, belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Mən xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi sualına isə sabiq xidmət rəis qısa cavab verib: “Qardaşım, biz hüquqi dövlətdə yaşayırıq. Kim ki, qanunvericiliyimizi pozursa qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır”.

***

Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb

Prezidentin digər sərəncamı ilə Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, A.Rəhimov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunmuşdu.

Şərhlər

Dövlətini sevən 2023-04-17 21:00:09

Görəsən Şəkinin İcra başçısı və onun kök salmış müavinləri (düz 26 ildir ) nə vaxt işdən azad olunacaqlar ???

t.ədalət 2023-04-17 13:17:48

Arzunu çıxarıb göndərdilər Novxanı sahillərindəki şəxsi "Sunset" restoranına.İndiyədək qamarladığı pulları kommersiyaya yönəldib bala-bala məzə "pırtdadacaq"Day,bundan sonra Arzu nədən narahat olacaq ki?

t.ədalət 2023-04-17 12:48:06

Arzunun tərcümeyi-halında,deyilir ki,guya,Novosibirskdə hərbi məktəb bitirib.Ancaq,mən dəfələrlə Naxçıvanda olanda (o zaman orda sərhəd qoşununda hissə komandiri idi) Vasif Talıbovun göstərişi ilə onun işini görmək üçün hissəyə ordumuzun Naxçıvandakı korpusundan Seyid adlı bir polkovnik-leytenant göndərilirdi.V.Talıbovun əli ilə vəzifədə irəliləyirdi.Ola bilsin ki,Arzu heç əsgəri xidmətdə də olmamışdı.Bakıda isə işlərini sərhəd qoşunlarından pensiyaya çılxmış Aydın adlı bir polkovnik görürdü.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol