İrəvandakı məlum bayraq təxribatı Azərbaycanda “ermənilər bizdən daha irəli gedib” deyənləri bir daha düşünməyə vadar etdi. Məlum oldu ki, heç nə dəyişməyib. Onların inqilabı da, siyasi inkişafı da, “Qərb dəyərləri tərəfdarı” olmaları da öz mahiyyətləri kimi saxta və aldadıcıdır. Onlar hələ də nifrət, qatı millətçilik, faşizm bataqlığında boğulmaqdadırlar və hər nə qədər Avropadakı, Amerikadakı “başbilənləri” onları qulaqlarından tutub bu bataqlıqdan çıxarmağa çalışsalar da, heç bir xeyri yoxdur...
Bizim liberalların gözləntilərinin əksinə olaraq, Ermənistan tərəfdən bu biabırçı təxribata görə heç bir üzr, yaxud buna bənzər bir şey gəlmədi. Əksinə, Ermənistanda bunu “erməni xalqı sınmayıb” kimi qiymətləndirənlərin sayı, axmaqlıq və saxta qəhrəmanlıq hesab edənlərin sayından qat-qat çoxdur və belələrinin arasında çoxlu sayda “ziyalı”, “politoloq” və s. var.
Erməni mətbuatını izləmək kifayətdir ki, bunların adlı-sanlı politoloqlarının belə nə qədər axmaq, abdal və gerizəkalı olduqlarını görəsən. Adamlar bu səviyyəsiz, ucuz və miskin təxribatdan əməlli-başlı cuşa gəliblər...
Əlbəttə, bu təxribatı pisləyən ermənilər də var. Ancaq məsələ ondadır ki, belələri də qonşu dövlətin, ümumiyyətlə istənilən dövlətin atributlarına hörmət edilməli olduğunu, Azərbaycanla dinc qonşuluq münasibətlərinin vacibliyini, sülhü, birgəyaşayışı önə çəkmirlər. Onların məlum “qəhrəman”a əsas iradı “niyə bunu İrəvanda, beynəlxalq yarışda edirsən, cəsarətin çatırsa, get Azərbaycanla sərhəddə, yaxud Qarabağda “qəhrəmanlığını” göstər” formasındadır. Yəni, “niyə etdin” yox, niyə “İrəvanda etdin” deyirlər. Deməli, mahiyyət etibarilə bu hadisəni pisləyən ermənilərlə, dəstəkləyənlər arasında heç bir fərq yoxdur – nifrət, kin, düşmənçilik eyni səviyyədədir. Elə bu nifrət də onların “öz başını yeyəcək” və yeyir də...

Məsələn, Ermənistan parlamentinin deputatı Hovik Ağazaryan Azərbaycan bayrağının yandırılmasına görə Azərbaycandan yox, beynəlxalq ictimaiyyətdən üzr istəyib: “Mən bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm ki, mən bir vətəndaş və deputat kimi vəhşi və adamyeyən tayfaların təzahürlərini millətimdən tamamilə silmək üçün əlimdən gələni etməmişəm”. Azərbaycana, yaxud Türkiyəyə aid heç bir eyham belə yoxdur və əsas məsələ beynəlxalq idman təşkilatlarının hansısa sanksiya və cəza tədbirlərindən və beynəlxalq ictimaiyyətin qarşısında ermənilərin maskalarının cırılmasından irəli gələn qorxudur...
Paşinyanın ən yaxın adamlarından olan Baş nazir Aparatının rəhbəri, Ağır atletika üzrə Avropa çempionatının Təşkilat Komitəsinin sədri Araik Arutyunyan isə çempionatın açılışında Azərbaycan bayrağının yandırılması ilə bağlı təxribatı şərh edərkən bildirib: “Bu insident Ermənistanı tam mənada yeni, mədəni, innovativ idman mərkəzi kimi təqdim etməyə imkan vermədi... Görünür, biz ən son nüansları hesablamamışıq. Azərbaycan bayrağı ilə bağlı insident tərəqqi yolunda uğursuzluğa işarədir". O, deyib ki, Ermənistanda hər düşünülməmiş “qəhrəmanlıq” addımı xoşagəlməz nəticələrə səbəb ola bilər. Yəni, belə şeylər Ermənistana baha başa gələ bilər. Göründüyü kimi, söhbət ən yaxşı halda, Ermənistana dəyə biləcək ziyandan irəli gələn narahatlıqdan gedir, adi etik davranışlara riayət edilməsindən və heç olmasa beynəlxalq yarış çərçivəsində qonşu dövlətə qarşı nifrətin pislənməsindən yox...
Məlum hadisədən dərhal sonra Azərbaycan bayrağını yandıran “qəhrəman balası qəhrəman”ın arxa otaqda özü kimilər tərəfindən necə alqışlandığını, təbrik edildiyini əks etdirən videogörüntülər var. Həmin görüntülər müəyyən mənada bizə təskinlik verir, çünki bunların cəmiyyət olaraq şüurunun, səviyyəsinin orta əsrlərdən də geridə olduğunu və bizdən irəlidə deyil, xeyli geridə qaldıqlarını, şüursuz sürü psixologiyası ilə yaşadıqlarını göstərir.
Bu hadisə bir daha göstərdi ki, bunlar gücdən - qapazdan, yumruqdan, güllədən, mərmidən, topdan, tüfəngdən başqa dil qanmırlar və yaxın gələcəkdə qanacaqları da qətiyyən gözlənilmir!
Bu, göstərdi ki, bunlarla indiki vəziyyətlərində qonşuluq, yoldaşlıq, birgəyaşayış və s. mümkünsüzdür!
Bunlara yalnız qalib gəlmək olar və lazımdır – hər addımda, hər görüşdə, hər döyüşdə, hər yarışda, hər debatda, bir sözlə, hər yerdə! Qalib gəlmək və araya elə bir sərhəd, divar çəkmək lazımdır ki, onların nəinki maşını, silahı, adamı və sair, hətta nifrəti və üfunəti də biz tərəfə keçə bilməsin!
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Çox sadə br prinsip var da...əgər hər hansı bir şəxsi öz ölkənə buraxmısansa ona qonaq kimi hörmət elə, ya da gəlməyinə icazə vermə, necə ki, bu cür şəxslərlə bağlı "qara siyahılar" əksər ölkələrdə var...çox təssüflər olsun ki, biz də ermənilərə respublikamıza gəlməyə icazə verib, sonra onları tədbirlərdə aşağılamışdıq..ya başlarında butulka sındırmaq hədəsi ilə, ya da Milli Məclisin vəzifəli bir şəxsi erməninin atasının əlinə qandal vurmaq hədəsilə...bunlar sadəcə olaraq "psevdopatriotizm"dən, saxta vətənpərvərlikdən başqa bir şey deyil.
li