Menu

Blinkenin köməkçisinin müavini Ermənistanda səfərdədir

17.04.2023, 16:15
Blinkenin köməkçisinin müavini Ermənistanda səfərdədir

ABŞ Dövlət Departamenti katibinin köməkçisinin müavini Erika Olson Ermənistanda səfərdədir.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ-ın Ermənistan-Azərbaycan sülh sazişinə dəstəyi və ABŞ-Ermənistan ikitərəfli əlaqələrini müzakirə etmək üçün Erika Olson hökumət rəsmiləri və digər şəxslərlə görüşəcək. Səfirlik bildirib ki, səfər 2 gün davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol