Menu

XÜSUSİ KARANTİN REJİMİ YENƏ UZADILDI - Əli Əsədov qərar imzalayıb

19.04.2023, 12:06
XÜSUSİ KARANTİN REJİMİ YENƏ UZADILDI - Əli Əsədov qərar imzalayıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılmışdı.

Şərhlər

Vaqif 2023-04-20 16:48:58

korona əl çəkdi, biz əl çəkmədik koronadan

Elmira 2023-04-20 13:57:32

Çox gözəl, çox pakizə: quru sərhədləri açmadılar! Heç açmasınlar! Camaat ora-bura kefə getməsin! Qaxıb otursunlar Vətəndə. Boş-boşuna gic toyuq kimi ora-bura qaçırlar.

dadaşyev 2023-04-20 00:26:59

Ölkəyə yalnız AZAL təyyarələriylə gedib gəlmək müddəti 1 iyul saat 06:00-a qədər uzadıldı.Hayırlı yolçuluklar, kardeşim.

kasıb 2023-04-19 15:03:11

Bu karantun oyunun qurtarın,insanlar yazıqdırlar.

Tahir 2023-04-19 14:27:05

bu xebere nece sevindim :) butun xalq sevinir. men teklif edirem kororna olmasada dunyada biz el cekmeyek

t.ədalət 2023-04-19 13:12:31

Azərbaycanda koronavirus,artıq bir ildir ki,yoxdur.....Quru sərhədləri bağlayıb xalqı təyyarə biletləri ilə soymaq üçün belə edirlər.Hamı bunu bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol