Menu

Rusiyanın müdafiə xətti 800 km-ə çatıb - İspaniya nəşri

19.04.2023, 15:33
Rusiyanın müdafiə xətti 800 km-ə çatıb - İspaniya nəşri

Rusiyanın Ukrayna sərhəddindəki müdafiə xəttinin uzunluğu 800 kilometrə çatıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə İspaniyanın aparıcı qəzetlərindən olan “El Pais” məlumat yayıb.

Xəbərə görə, Rusiyanın müdafiə xətti şimal-şərqdəki Luqansk şəhərindən başlayır, Donetsk və Zaporojye və Dnepr çayı boyu davam edir.

Müdafi xətti boyu 2580 fərqli nöqtədə müxtəlif istehkamların qurulduğu bildirilir. Bura - tankların qarşısını almaq üçün tikilmiş istehkamlar, mina zonaları, həmçinin tikanlı məftillərlə əhatə olunmuş ərazilər, xəndəklər və bunkerlər daxildir.

Rusiyanın sözügedən müdaifə xəttini Ukraynanın başlaya biləcəyi genişmiqyaslı əks-hücumlara hazırlıq məqsədilə qurduğu deyilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol