Menu

“SOS” MMC şəhid anaları ilə iftar süfrəsində bir araya gəlib – FOTOLAR/VİDEO

19.04.2023, 15:44
“SOS” MMC şəhid anaları ilə iftar süfrəsində bir araya gəlib – FOTOLAR/VİDEO

Uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə tanınan peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC şəhid anaları ilə bir araya gəlib.

“AzPolitika.info” xəbər verir ki, “Security Operation Services” MMC müqəddəs Ramazan ayı münasibətilə şəhid anaları üçün iftar süfrəsi təşkil edib.

İftar süfrəsində Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım, Milli Qəhrəman Şükür Həmidovun həyat yoldaşı Könül xanım, şəhid Xudayar Yusifovun anası Radə xanım, şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım, şəhid Allahverdi Novruzovun anası Məlahət xanım, şəhid Xəyyam Əzizovun anası Aidə xanım, şəhid Tural Dəmirçiyevin anası Sədaqət xanım, şəhid Alı Həsənlinin anası Ramilə xanım, şəhid Emin Bağırovun anası Sədaqət xanım, şəhid Əkbər Hüseynovun anası Tahirə xanım, şəhid Sənan Kərimovun anası Ətrabə xanım, şəhid Tural Rəhimlinin anası Süsən xanım, “SOCAR” prezidentinin müşavirləri İlkin Rəhimov və İlahə Novruzova, həmçinin “SOS” MMC-nin direktoru Anar Məmmədov, şirkətin əməkdaşları Sevinc Məmmədova və Almaz Əhmədova iştirak ediblər.


İftar süfrəsində əvvəlcə Azərbaycan xalqına zəfər sevinci qazandıran şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, onların ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edənlər Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olmasını qeyd edib, şəhidlərimizin döyüş yolu və vətənpərvərliyi ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Tədbirin sonunda “SOS” MMC tərəfindən şəhid analarının hər birinə xatirə löhvəsi təqdim edilib.

“AzPolitika.info” 



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol