Menu

6 məktəb onlayn tədrisə keçəcək

19.04.2023, 15:57
6 məktəb onlayn tədrisə keçəcək

Bakıda keçiriləcək “Azərbaycan Qran Pri” ("Formula 1") yarışı ilə əlaqədar 24-30 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O bildirib ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 apreldə gerçəkləşəcək.

Şərhlər

Abdullah Kərimi 2023-04-19 20:02:06

Təbii ki, formula yarışları günləri marşrutları dəyişmiş sakinlər və məktəblər maddi-mənəvi zərərlərinə uyğun təzminat alacaqlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol