Abşeron Dövlət Yol Polisi Şöbəsində baş inspektor vəzifəsində çalışan polis mayoru Vüsal Qələndərovun Binəqədi DYPŞ-yə rəis təyin edilməsi barədə məlumat doğru deyil.
"Report"un əldə etdiyi xəbərə görə, V.Qələndərov müvafiq əmrlə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə inzibati təcrübə üzrə baş inspektor vəzifəsinə təyin edilib.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən təsdiqləyiblər.
***
Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.
Bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, Vüsal Qələndərov əvvəllər Nəsimi DYP-nin rəisi olmuş, keçən ay Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin edilən Qəhrəman Qələndərovun oğludur. (axar.az)


Şərhlər
Mərhum aktyor Elxan Ağahüseyn oğlunun oynadlğı bir səhnə yadıma düşdü: ata hakim ana qəmissiyə
Analoqsuz ölkə