Menu

Məşhur aktrisa film nümayişinə hicabsız qatıldığı üçün kinoteatrın direktoru işdən çıxarılıb

21.04.2023, 16:03
Məşhur aktrisa film nümayişinə hicabsız qatıldığı üçün kinoteatrın direktoru işdən çıxarılıb

Tehranın “Lotus Cinema” kinoteatrında “Aslan dərisi” ("Pooste Shir") serialının final bölümünün nümayişi zamanı məşhur aktrisa Panteya Bəhramın hicabsız iştirakından sonra kinoteatrın direktoru vəzifəsindən uzaqlaşdırılıb.

APA İRNA-ya istinadən xəbər verir ki, bu barədə Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi bildirib.

O qeyd edib ki, "kinoteatrın direktoru cinayətkarı kinoteatrdan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb".

"Bu kinoteatrla bağlı qanun pozuntuları da araşdırılır və bu barədə də tezliklə qərar veriləcək”, - direktor müavini vurğulayıb.

Qeyd edək ki aktrisa daha əvvəl də “Instagram” səhifəsində hicabsız çəkilmiş videosunu paylaşmışdı.

Şərhlər

dadaşyev 2023-04-22 12:45:23

Caniklər də day lap belə ağını çıxartdılar haa.A balam,1400 il qabaqkı həyat ilə bu günün həyatı müqayisəedilməz dərəcədə fərqlidir.Heç cür anlamaq istəmirsiniz ki,dinin təməlləridir dəyişməz olan,yəni Allahın təkliyinə,mələklərin,peyğəmbərlərin,Səmavi Kitabların,Qiyamətin,Axirətin,Ədalət Məhkəməsinin həqiqiliyinə imandır dəyişməz olan bütün dövrlər üçün.Amma birgəyaşayış normaları ictimai-iqtisadi quruluşdan asılı olaraq dəyişəndir,daha doğrusu birgəyaşayış normalarının dəyişməsi yeni ictimai-iqtisadi quruluşlar yaradır.”Əvvəllər Kitabı olmayan bir xalqa (yəni ərəblərə) verilmiş” dini birgəyaşayış normaları quldarlıq dövrü üçün idi,Qurani-Kərimdə qullar barədə yetərli qədər ayələr var.İndi bəşəriyyət quldarlıq quruluşundadırnı?Əmmamə qoymusunuz boş kəllənizə,əbaya bürünmüsünüz,çünki Peyğəmbərin əmmaməsi-əbası vardı.Amma lənətlik Əbu Cəhlin də,Əbu Ləhəbin də əmmaməsi-əbası vardı axı.Çünki o dövrün və o isti regionun geyimi o idi.Sərinləmək üçün enli paltarlar geyməliydilər ki,bədənə yapışmasın,ventilyasiya olsun.Yəni dinlə heç bir əlaqəsi yoxdur o cür geyimin.Peyğəmbər maşındamı gəzirdi,təyyarəyə minirdimi,cibində mobil telefon gəzdirirdimi,evində kombi-ariston filan vardımı?Əba və əmmamədə Peyğəmbərə oxşamaq istəyirsiniz,bəs maşın-təyyarə-telefon-kombi filan məsələsində niyə oxşamaq istəmirsiniz,niyə onun yaşadığı tərzdə yaşamaq istəmirsiniz?Deyəcəksiniz indi dövran ayrıdı da.Həəə,gəldin mən deyənə?A balam,dövran ayrıdı o deməkdi ki,indi ictimqi-iqtisadi quruluş ayrıdı;o vaxtlar quldarlıq quruluşuydu,indi kapitalizmdi.Amma yeni dövrana uyğunlaşmaq yalnız kişilərə aiddirmi?Qadınlar da bəşər övladları deyillərmi?Əksinə,kişilərdən əvvəl qadınlar yeni dövrana uyğunlaşmalı deyillərmi cəmiyyətin gələcəyi üçün uşaqları tərbiyə edirlər deyə?Quldarlıq quruluşu düşüncəsiylə körpələri necə əsrə hazırlaya bilərlər ki?Uşaqlara deyəcəklər ki,Aya uçmaq istəsəniz də skafandrda yox,əbada-əmmamədə uçun,saqqalınız da bir arşın olsun?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol