Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.
APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Ətraflı Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.
Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.
Ümumilkdə Anar Əsədli barəsində 4 şikayətçi var. O, həmin şəxslərdən külli miqdarda pul alıb geri qaytarmamaqda ittiham edilir.
Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.

Şərhlər
Dədə-babadan belə görmüşük ki,partiya qurana qədər 4 adama atan şəxs partiya qurandan sonra bütün millətə atar.Elə ən böyük misal Lenin yoldaş.Cavan ikən lotu-potuya qoşuldu,ona-buna atdı,1897-ci ildə tutdular,adını da qoydular qulaq,qulaqlıyıb göndərdilər Şuşenskoye qalasına.3 il yatıb çıxandan sonra partiya qurdu,bu səfər milləti çara qarşı qızışdırıb 1905-ci ildə camaatı qırğına verdi,özü isə gördü vəziyyət ruscadı,Finlandiya parovozuna bezbilet minib zayçik kimi qaçdı çıxdı aradan,atdı yəni millətə.Bir də 1917-ci ilin iyulunda bu səfər çarı yıxan müvəqqəti hökümətə qarşı qızışdırdı milləti,jandarmalar yenə qırdı camaatı,özü isə yenə Finlandiya parovozuna bezbilet minib zayçik kimi çıxıb qaçdı aradan.Bir də iki aydan sonra xəlvət qayıtdı Peterburqa,bu səfər milləti qızışdırıb Qış Sarayına göndərdi.Xoçbəxtlikdən bu dəfə Finlandiya parovozuna bezbilet minib qaçan Kerenski oldu,Qış sarayında beş-on yunkers öldürüldü,yunkerslər də Stalinin Qış Sarayına hücum edən kriminal avtoritet şaykasından on-on beş vorzakonu öldürdülər.Elə ki Lenin lider oldu,bu səfər artıq yalnız öz millətinə deyil,Rusiyadakı bütün millətlərə atdı vətəndaş müharibəsi bəhanəsiylə.Qırdı çatdı uşaqdan böyüyə kim qabağına keçdisə.Elə ki 1922-də SSRİ deyə dövlət qurdu,bax onda bəşəriyyət barmağını dişlədi ki,aaa,bu tip kasıb-kusub deyə-deyə yeni bir imperiya qurdu ki.Yəni artıq Rusiyadakı millətlərə deyil,bütün bəşəriyyətə atmış oldu.Bizim bolşeviklərdən Qasım İsmayılov da hələ buna bir xurcun alma aparıb burdan ora basa-basa.Bu da qorxub ki,almalar zəhərli olar,Krupskayaya deyib ki,detdomda uşaqlar acdı,göndərək onlara.Yəni zəhərlənsələr uşaqlar zəhərlənsinlər,onsuz da kimsələri yoxdu.Qadam ağzuva.
Adı heç harda ictimayyətə bəlli olmayan bela adamlar tək admcıq partiyalar yaradıb, sonra da əlli hoqqadan çıxırlar. Ona görə də Ədliyyə Nazirliyi Siyasi Partiyalar haqqında qanunudan və bu qanuna edilmiş son dəyişikliklərdən istifadə edib, qanuun tələblərini yerinə yetirib yenidən qeydiyyatdan keçməyən tək adamcıq partiya sədrlərinin partiya adından danışmalarına yəni bu yöndə siyasi avantüralarına son qoymaq üçün qəti addımlar atmalıdır. Bəlkə bu qanunun icrasına da Prezident müdaxilə etməlidir. Lütfən hər bir qrum öz vəzifəsini icra etsin.