Menu

Perunun eks-prezidenti ABŞ hakimiyyətinə təslim olub - Onu ekstradisiya gözləyir

21.04.2023, 22:35
Perunun eks-prezidenti ABŞ hakimiyyətinə təslim olub - Onu ekstradisiya gözləyir

Vətənində korrupsiyada ittiham olunan Perunun keçmiş prezidenti Alexandro Toledo (2001-2006) ABŞ hakimiyyətinə təslim olub, indi onu Peruya ekstradisiya gözləyir.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Marşal Xidməti (təqsirləndirilən şəxslərin məhkəməyə çatdırılmasını təmin edir) məlumat yayıb.

“Perunun keçmiş prezidenti Alexandro Toledo cümə günü ABŞ hakimiyyətinə təslim olub", - agentliyin açıqlamasında deyilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol