Menu

Nyutonun dünyanın sonuyla bağlı proqnozu ortaya çıxıb - FOTO

22.04.2023, 11:50
Nyutonun dünyanın sonuyla bağlı proqnozu ortaya çıxıb - FOTO

Məşhur alim İsaak Nyutonun qiyamət tarixi ilə bağlı illər öncə verdiyi proqnoz ortaya çıxıb.

"AzPolitika.info" Britaniya mətbuatına istinadla xəbər verir ki, Nyutonun 1704-cü ildə müqəddəs kitablar və dini yazılar əsasında apardığı hesablamalara görə, dünyanın sonu 2060-cı ilə təsadüf edəcək.

Nyutonun fikrincə, 21-ci əsrin ortalarında İsa Məsih qayıdaraq, Yer üzündə hökmranlıq edəcək. O, hesab edirdi ki, 21-ci əsrdə yəhudi xalqı İsraildə daim inkişaf edən əbədi bir krallıq quracaq.

Qeyd edək ki, Nyuton fizika və riyaziyyat sahələrində bir çox əsaslı kəşflərin müəllifi kimi tanınır.

1704-cü ildə onun proqnozları çox uzaq perspektiv kimi görünsə də, hazırda həmin tarixə cəmi 37 il qalıb.

"AzPolitika.info"


Şərhlər

dadaşyev 2023-04-22 13:01:27

Əşi Nyuton belə əsassız proqnozıarla filanla maraqlanmayıb,bu boyda yalan danışmayın.Adam yalnız dəqiq elmlərlə məşğul idi.Dəqiq elmlər falçılıqla bir araya sığmaz.Nə 2060-cı il,nə əbədi krallıq?Adam o boyda cazibə qüvvəsini kəşf edib,Kainatda iki tip səma cismi var deyib,biriləri özündən işıq saçır,digərləri işıqsızdı,amma heç bir fərziyyə irəli sürməyib bu barədə,deyib ki,səma cisimlərindən birilərinin niyə özlərindən işıq saçdıqlarını anlayammıram,sadəcə,ilahinin işi kimi qəbul edirəm.Yəni adam dünyanın sonunun dəqiq tarixini verməklə müqayisədə bəsit kimi görünən bir şey barədə belə heç bir ehtimal irəli sürməyib.Niyə?Çünki ali riyaziyyatın ustadı olan bir fizikə belə donqili falçılıq işlərilə uğraşmaq yaraşmaz.Nəyi dəqiq bilirsə onu deyər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol